İran Azərbaycanın iki hissəsini Ermənistandan keçərək Rusiya ilə və ya Rusiyasız birləşdirəcək “Tramp körpüsü”nü bağlayacağına söz verib.
Elchi.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-ın dəstəklədiyi və “Tramp körpüsü” ləqəbi ilə tanınan Zəngəzur dəhlizi ilə nəqliyyat kommunikasiyaları layihəsi “sui-qəsddir” və Ermənistanı parçalamağa yönəlib. İranlı müşavir onu da qeyd edib ki, layihə “erməni xalqının qəti etirazı ilə üzləşir”.
Vilayəti bildirib ki, ABŞ layihəsi “Trampın muzdluları üçün məzarlığa” çevriləcək. Onun sözlərinə görə, İran Rusiya ilə də, Rusiyasız da bunu dayandıracaq.
Nuranə Məmmədova


















