İtaliyanın cənubundakı Çiro Marino kurortunun yaxınlığında baş verən meşə yanğını səbəbindən 180 nəfərin kurortdan təxliyə edildiyi bildirilib.
Elchi.az xəbər verir ki, İtaliyanın TGCOM24 saytının məlumatına görə, bu gün günorta saatlarında Volvito kurort kəndi ətrafındakı meşəlik ərazidə böyük yanğın baş verib.
Külək nəticəsində yanğının sürətlə yayılması ilə əlaqədar 180 nəfər kurortdan təxliyə edilib.
Çoxlu sayda yanğınsöndürən yanğına müdaxilə edib, ətraf yolların hissələri nəqliyyat üçün bağlanıb, bəzi qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Bu arada ölkənin cənubundakı Siciliya adasındakı Palermo yaxınlığındakı Pioppoda dünən axşam saatlarında başlayan və küləklər səbəbindən güclənən meşə yanğınının bu gün də davam etdiyi bildirilir.
Yanğınsöndürənlər dünən gecədən alovla mübarizə aparır, bəzən yaxınlıqdakı yaşayış məntəqələrini təhlükə altına alır.
Şayəstə Hüseynova


















