Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq qərarına gəldiyini və sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) bununla bağlı rəsmi açıqlama verəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Makron X hesabında etdiyi paylaşımda, “Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq, Fransanın Fələstin dövlətini tanımasına qərar verdim” dedi.
Fələstin prezidenti Mahmud Abbasa yazdığı məktubun da yer aldığı yazısında Makron ölkəsinin BMT Təhlükəsizlik Şurasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanımaq qərarını rəsmən elan edəcəyini açıqlayıb.
Makron bildirib ki, hazırda bölgədə təcili ehtiyac “Qəzzada müharibəyə son qoymaq və mülki əhalinin xilas edilməsidir”.
Dərhal atəşkəs, HƏMAS məhbuslarının azad edilməsi və Qəzzaya irimiqyaslı humanitar yardımın çatdırılması çağırışını təkrarlayan Makron, HƏMAS-ın tərksilah edilməsinin vacibliyini vurğulayıb. Makron, “Eyni zamanda, HƏMAS-ın tərksilah edilməsinə zəmanət verilməli, Qəzzanın təhlükəsizliyi təmin edilməli və yenidən qurulmalıdır. Nəhayət, Fələstin dövləti qurulmalı və sağ qalması təmin edilməlidir. (Həmas) tərksilahı qəbul edərək və İsraili tanımaqla Yaxın Şərqdə hər kəsin təhlükəsizliyinə töhfə verməyə icazə verilməlidir”.
Problemin həlli üçün “başqa alternativin olmadığını” qeyd edən Makron, “bölgədə sülhün mümkün olduğunu nümayiş etdirmək öhdəliyi” olduğunu bildirib.
Fransa və Səudiyyə Ərəbistanı iyulun 28-30-da Fələstin probleminin dinc, iki dövlətli həllinin müzakirə olunacağı “Fələstin üzrə Beynəlxalq Konfrans”a həmsədrlik edəcək.
Şayəstə Hüseynova


















