Oman sahili yaxınlığında, Hörmüz boğazında tanker atəşə tutulub.
Elchi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
“UKMTO Xasab şəhərindən (Oman) 16 dəniz mili şərqdə baş vermiş insident barədə gecikmiş məlumat alıb. Hörmüz boğazından çıxışa doğru hərəkət edən tankerin kapitanı gəminin sol bortunun su xətti zonasında partlayış baş verdiyini bildirib”, – deyə koordinasiya mərkəzindən məlumat verilib.
Onlar əlavə ediblər ki, bütün heyət üzvləri təhlükəsizdir və gəmi müstəqil hərəkət etmək qabiliyyətini qoruyub saxlayıb və marşrutu üzrə davam edib.
Gəmi haqqında əlavə məlumatlar, o cümlədən onun adı və qeydiyyat limanı təqdim olunmur. Hadisənin özü noyabrın 5-də baş verib.
Məryəm





















