"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Dünyaya verilən mesajlar: Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda beynəlxalq ictimaiyyəti maraqlandıran sualları cavablandırdı

21 İyul 2025 - 16:23
in MANŞET

susa forum

FacebookVatsap

İyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu bu dəfə də iştirakçıların sayı və nüfuzuna, əhatə etdiyi mövzulara görə yadda qaldı. Lakin tədbirə özəllik qatan əsas faktor Prezident İlham Əliyevin orada iştirakı və ona ünvanlan sualları maraqlı, səmimi və dərin məna kəsb edən fikirlərlə cavablandırması idi. 

Bunu da oxuyun

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

 

Azərbaycan Prezidenti qlobal informasiya məkanında geniş fikrin formalaşmasında fəal rol oynayan çoxsaylı peşəkar media mənsubları ilə bir araya gəlməklə informasiya açıqlığını, mediaya hörmət və xüsusi etimadını nümayiş etdirdi. 

 

O, bir daha sübut etdi ki, media orqanları ilə səmimi dialoqa, şəffaf təmasa və daimi inkişaf edən əməkdaşlığa xüsusi önəm verir, faydalı media formatı ortamı yaradır. Məhz bunun nəticəsidir ki, builki Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və 80 media qurumunun nümayəndələri qatılıb. 

 

Qlobal Media Forumunun uzun illər qanunsuz erməni rejiminin mərkəzi sayılan Xankəndi şəhərində keçirilməsi isə tarixi fürsət və xarici qonaqların bölgədə aparılan möhtəşəm quruculuq işləri ilə tanış olması baxımından cəlbedici imkan sayıla bilər. 

 

Prezident İlham Əliyev ilk növbədə, 30 il əvvəlki Azərbaycanla müasir Azərbaycan arasındakı fərqə diqqət çəkdi və bu da təsadüfi deyildi. Dövlət başçısı birinci Qarabağ müharibəsində Azərbaycanın çoxsaylı qurbanlar verməsini, 700 min nəfərin Qarabağ regionundan, 250 min nəfər azərbaycanlının isə Ermənistandakı əzəli torpaqlarından didərgin düşməsini, o zaman yaranmış acınacaqlı durumu ümumi təsvir edərək yenicə müstəqillik əldə etmiş kiçik bir dövlətin beynəlxalq səviyyədə haqlarının ümumiyyətlə eşidilmədiyini, çarəsizliyinin tablosunu təsvir etdi. 

 

Pulu olmayan, xəzinəsi boş bir dövləti demək olar ki, heç kim dəstəkləmirdi.  İqtisadiyyatın dağılması, min faizlik inflyasiya, kütləvi işsizlik, yoxsulluq, sosial böhran şəraitində torpaqları işğal edilmiş bir dövləti ATƏT-in Minsk qrupu kimi ədalətsiz qurum təzyiq altında saxlayır, təkəbbürlü bəyanatlar verərək Errmənistanın tərəfini tutmaqla işğalın əbədiləşməsinə çalışırdı. 

 

Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra yeni Azərbaycan quruculuğu yolunda qətiyyətli addımlar atması, dövlətin iqtisadi-siyasi potensialının güclənməsi istiqamətində apardığı irimiqyaslı islahatlar və bu fəaliyyətlərin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi yalnız bir ali məqsədə – işğal altında olan ərazilərin Ermənistanın işğalından azad edilməsinə, o cümlədən Azərbaycan xalqının rifahına xidmət edirdi. 

 

Azərbaycan beynəlxalq hüququn verdiyi imkanlardan yararlanaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra, ədaləti bərpa edərək 44 günlük şanlı tarixlə nəyinki  regionda, hətta ondan xeyli kənarda yeni reallıqlar yaratdı. Həm İrəvan, həm də havadarları, eyni zamanda, Minsk qrupu bu reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Azərbaycanın tarixi və şanlı Qələbəsi göstərdi ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır.

 

Prezident İlham Əliyev bunu dost Ukrayna xalqına də tövsiyə etdi, “Heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq.

 

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinə dair suallara Prezident İlham Əliyevin cavabı isə çox dəqiq və konkret oldu. Sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması əsas legitim şərtlərdir. Bu proses geridönməz xarakter alıb və İrəvan üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yalnız bundan sonra Cənubi Qafqaz sabitlik və əməkdaşlıq məkanına çevrilə bilər. 

 

“Bizə sabitlik, təhlükəsizlik lazımdır. Çünki Cənubi Qafqaz əsrlər boyu qan tökülməsi, toqquşma, işğal məkanı olmuşdur və Qafqaz xalqları çox əziyyət çəkiblər. Ona görə də kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq”.

 

Prezident İlham Əliyev ötən ilin sonunda AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulmasından yeddi ay keçməsinə baxmayaraq qarşı tərəfin hələ də heç bir məntiqli açıqlama verməməsini təəssüflə xatırladaraq Azərbaycanın prinsipial mövqeyindən geri dönməyəcəyini bəyan etdi. “Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik”.

 

Dövlət başçısı Zəngəzur dəhlizinin açılması perspektivlərinə dair sualı cavablandırarkən bu nəhəng nəqliyyat arteriyasının Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirməsi ilə yanaşı, bir çox ölkələri də vahid zəncirdə birləşdirəcəyini bildirdi. Dəhlizin reallaşması sayəsində mahiyyət etibarilə Şərq-Qərb və Şimal-Cənub tranzitlərinin çoxşaxəli istiqamətləri də işə düşəcək. Ermənistan isə dəhlizin gerçəkləşməsinə mane olacağı halda, regional nəqliyyat və siyasi təcridlə üzləşməli olacaq.

 

Azərbaycan məhz bu sülh və rifah təşəbbüsləri ilə regional nəqliyyat-tranzit qovşağına çevrilir, Orta dəhlizi genişləndirir, “Kəmər və Yol” təşəbbüsünün müəllifi Çinlə birgə əməkdaşlıq formulu üzərindən uzaq Şərqdən Mərkəzi Asiyaya və Avropaya uzanan nəhəng bir iqtisadi-ticari-kommunikasiya coğrafiyasının körpüsünü qurur. 

 

Azərbaycan qlobal iqtisadi aktor kimi Avropa İttifaqının enerji təhlükəsizliyinin də vacib atributuna çevrilib. Hazırda bu qitəyə 13 milyard kubmetr qaz nəql edərək Pan-Avropa enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan sırf kommersiya prinsipləri əsasında siyasi məqsəd güdmədən etibarlı və sadiq tərəfdaş olduğunu təsdiqləyir. 

 

Prezident qeyd etdi ki, təhlükəsizlik və daşımalarda güclü tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətləri də əvvəlki administrasiyanın yaratdığı ədalətsiz davranışdan sonra bərpa edilib, güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensiallar yaranıb. Vaşinqtondan verilən müsbət mesajlar yaxın gələcəkdə ABŞ-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qalxacağına ümidləri artırır.

 

Dövlət başçımız uğurlu siyasətin vacib və mühüm amili kimi çoxşaxəli balanslaşdırılmış və tolerant kursun fayda gətirməsinə də toxundu. Azərbaycan Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və digər regional təşkilatların layilqi üzvü və nadir ölkələrdən biri kimi Avropa və müsəlman məkanlarında geniş əməkdaşlıq və rifah təşəbbüskarıdır. Digər mühüm amil isə D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. 

 

ECO-nun Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan həmçinin böyük potensiala malik bu təşkilatda çoxtərəfli yanaşma tərzi və Qoşulmama Hərəkatındakı zəngin sədrlik təcrübəsi ilə daha möhkəm həmrəylik bloku yaradacağına əmindir.

 

Prezident İlham Əliyev Forumda dünya siyasi liderləri üçün də maraq doğuran dəyərli fikirlər səsləndirdi, yürütdüyü siyasətin təməl prinsiplərininin xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquqa əməl etmək kimi prinsiplərini bəyan etdi. Bu uğur düsturunun əsas meyarı isə İlham Əliyevin prezident vəzifəsində əldə etdiyi çoxillik əvəzsiz təcrübə ilə bağlıdır.

 

Prezident İlham Əliyev erməni lobbisinin və Qərbdəki bəzi dairələrin sifarişi ilə anti-Azərbaycan təbliğatı aparan “Washington Post”, “New York Times”, “Newsweek”, Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanlarının riyakar simasını da ifşa etdi.

 

Azərbaycan Prezidentinin Xankəndi mesajlarından biri də “Böyük Qayıdış”ın təntənəsi ilə bağlı oldu. Dövlət başçısının vurğuladığı kimi, görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Ümumi götürdükdə, Qarabağ və Şərqi Zəngəzurda nəhəng infrastruktur və məskunlaşma planları nəzərdə tutulduğundan da sürətlə aparılır. Bu isə bir daha onu göstərir ki, Ali Baş Komandan vəd etdiyi “Qarabağ, Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” vədinin böyük hissəsini artıq yerinə yetirib.

 

Ramid Namazov

Milli Məclisin deputatı

Previous Post

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

Next Post

Leyen və Kosta Çinə səfər edəcək

Bənzər yazılar

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

“Yeni Konstitusiyanın qəbuluna ehtiyac var” – Qüdrət Həsənquliyev

“Avropa dövlətləri və təsisatları ilə əməkdaşlıq etməliyik”- Qüdrət Həsənquliyev

24 İyul 2026 - 11:15

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

Cəfəri ilə bağlı epidemiya xəbərdarlığı: Yoluxma sayı artır

24 İyul 2026 - 10:17

ABŞ-da cəfəri, keşniş və kahı kimi təzə göyərtilərlə əlaqəli olan Siklospora parazit xəstəliyi artmaqdadır. Səhiyyə rəsmiləri laboratoriyada təsdiqlənmiş halların sayının...

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

23 İyul 2026 - 23:28

Azərbaycanda iyulun 24-də havanın 39 dərəcə isti keçəcəyi gözlənilir. Elchi.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Next Post

Leyen və Kosta Çinə səfər edəcək

"X" Fransanın ittihamlarını qərəzli hesab edir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

Böyük Britaniya ordusuna Ukraynada sınaqdan keçirilmiş dronları alır

25 İyul 2026 - 16:38
Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

Flik bu futbolçunu “Barselona”dan göndərmək istəyir

25 İyul 2026 - 16:24
Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb

25 İyul 2026 - 15:56
İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

İspaniyada meşə yanğınları Madridə çatıb: hakimiyyət bunu paytaxt tarixinin ən ciddi yanğını adlandırıb

25 İyul 2026 - 15:41
İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

25 İyul 2026 - 15:13
Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.