Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloqla Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.
“Biz sülhə gedən yolu müzakirə etdik və onu yaxınlaşdırmaq üçün praktiki olaraq birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Bu, Ukrayna üçün hava hücumundan müdafiəni gücləndirmək , birgə istehsal, Avropa ilə birlikdə müdafiə silahlarının alınmasıdır. Və təbii ki, Rusiyaya və ona kömək edənlərə qarşı sanksiyalar”, – o yazıb.
Nuranə Məmmədova


















