Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını doğum günü ilə bağlı ziyarət ediblər. Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyulub.
ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixindəki yeri və ideyaları ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı paylaşım olunub....
































