Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Rəhimovanın solo konserti baş tutacaq.
Elchi.az xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat yayıb.
“Gözəl musiqilər səslənəcək. Hər birinizlə ruhumun bir parçasını paylaşmaqdan məmnun olaram” – deyə o qeyd edib.
Qeyd edək ki, solo konsert 2024-cü il 9 aprel saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyanın kamera və orqan musiqi zalında baş tutacaq.
Onu da qeyd edək ki, Rəna Rəhimovanın uzun illər musiqi sahəmizdə müstəsna yeri, opera, simfonik musiqilərin ifa etməsində misilsiz rolu var. O, həmçinin Akademik Opera və Balet Teatrının artistidir.
Havar Şəfiyeva