Taylandda süni intellekt texnologiyası “depressiya və intihar düşüncələri” olan insanlara kömək etmək üçün istifadə olunur.
Elchi.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti yazır.
Qəzetin yazdığına görə Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi Ofisi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.
Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələrinin birgə hazırladığı süni intellekt texnologiyası nazirliyin səs yazılarını təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir.
Bildirilib ki, “AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb.
Bildirilib ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib.
Nuranə Məmmədova