Quterreş İsraili Rəfahdakı gərginliyi dayandırmağa çağırıb.
Elchi.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini Rəfah əməliyyatını dayandırmağa və gərginliyi dayandırmağa çağırıb. Bu barədə RİA Novosti məlumat yayıb.
“Oktyabrın 7-də HƏMAS terror aktında 1100-dən çox israillinin öldürülməsindən, Qəzzada 34 mindən çox fələstinlinin öldürülməsindən sonra… bu kifayət deyilmi? Mülki əhali kifayət qədər ölüm və dağıntıya məruz qalmayıbmı?”
O, həmçinin Qəzza zolağında vəziyyəti yaxşılaşdırmaq üçün Kerem Şalom və Rəfah keçidlərinin açılmasını istəyib.
Bundan əvvəl İsrail Silahlı Qüvvələrinin Qəzza zolağının Rəfah şəhərinin şərqində məqsədyönlü əks-terror əməliyyatına başladığı bildirilirdi. Eyni zamanda, İsrail Müdafiə Qüvvələri (İDF) Rəfah nəzarət-buraxılış məntəqəsinə basqın edərək, onun fəaliyyətini dayandırıb.
Bildirilir ki, Fələstin tərəfdən nəzarət-buraxılış məntəqəsinə İDF hərbçiləri və tankları daxil olub, bundan sonra humanitar yardım və sərnişinləri daşıyan maşınların keçidi dayandırılıb. Bunun fonunda İordaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, İsrailin Rəfahdakı hərbi əməliyyatı “fəlakətli nəticələrdən xəbər verir”.
Şayəstə Hüseynova