İran İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlami “Aralıq dənizinin şərqində düşmənlərə gedən yolu bağlayacağıq və cəbhəni genişləndirəcəyik” deyib.
Elchi.az xəbər verir ki, bu barədə tənqidi açıqlama ilə İran İnqilab Keşikçiləri Ordusunun komandanı Hüseyn Səlami bildirib.
İsrailin Suriyaya hücumunda həlak olan İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Rza Zahidinin anım proqramında danışan Səlami bölgədəki hadisələrlə bağlı qiymətləndirmələr edib.
Selami, “Aralıq dənizinin şərqində düşmənə gedən yolu bağlayırıq. Düşməni ayırıb dağıtmaq üçün cəbhəni genişləndiririk” deyib. O bildirib ki, İslam ölkələri Qərb ölkələrinə qarşı birgə hərəkət etməlidir.
Şayəstə Hüseynova