Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Britaniya Ukraynaya tükənmiş uran sursatları göndərərsə, gərginlik artacaq.
Elchi.az xəbər verir ki, Lavrov və Eritreya xarici işlər naziri Osman Mohamed Saleh Rusiyanın Soçi şəhərində görüşdükdən sonra mətbuat konfransı keçirib.
Görüşdə çıxış edən Lavrov Salehlə hərbi texnika sahəsində əməkdaşlıq və təhlükəsizliklə bağlı məsələləri müzakirə etdiklərini deyib:
“Bu, xüsusilə Afrika Buynuzu bölgəsindəki vəziyyəti və davam edən prosesləri nəzərə alaraq, qarşılıqlı fəaliyyətimizin mühüm aspektidir”.
Qərbin Ukrayna böhranı adı altında qlobal proseslərə başladığını deyən Lavrov, Eritreyanın bu məsələdə ardıcıl yanaşması olduğunu bildirib.
Lavrov həmçinin vurğulayıb:
“Beynəlxalq aləmdə enerji və ərzaq təhlükəsizliyi sahəsində real vəziyyəti əks etdirən ortaq yanaşmaları dəstəkləyirik. Biz bu məsələlərin ABŞ və müttəfiqlərinin tətbiq etməyə çalışdığı məntiqlə deyil, əksinə dəyərləndirilməsinin tərəfdarıyıq”.
Qərbin Afrika bölgələrində sabitliyi pozmaq üçün narahatedici elementlər tapmağa çalışdığını ifadə edən Lavrov münaqişələrin maraqlar balansına uyğun həlli üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Yeganə