Çin və Rusiya “Sibir Gücü 2” qaz kəmərinin tikintisi üzrə tədqiqat və danışıqları təşviq edəcək.
Elchi.az xəbər verir ki, Çin sədri Si Cinpinin Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşündən sonra Çin Xarici İşlər Nazirliyi iki liderin imzaladığı birgə bəyanatı yayıb.
Açıqlamaya görə, iki ölkə Rusiyanın Sibir bölgəsindən başlayacaq və Monqolustandan keçərək Çinə keçəcək “Sibirin Gücü 2” boru kəmərinin tikintisi ilə bağlı araşdırma və danışıqları irəli aparacaq.
Çin və Rusiya həmçinin neft, təbii qaz, kömür, elektrik və nüvə enerjisi sahələrində əməkdaşlıq layihələrini dəstəkləyəcəklərini bildiriblər.
Yeganə