ABŞ Türkiyədə törədilən terror aktı və bu ölkənin antiterror əməliyyatından sonra Suriya və İraqda vəziyyəti gərginləşdirməməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“ABŞ Suriya və Türkiyədə mülki insanların həlak olması ilə bağlı səmimi başsağlığı verir. Biz mülki əhalinin həyatını qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi hədəfi dəstəkləmək üçün Suriyada deeskalasiyaya çağırırıq”, – məlumatda deyilib.
Qeyd olunur ki, ABŞ İraqda ölkənin suverenliyini pozan hər hansı razılaşdırılmamış hərbi əməliyyata qarşıdır.
NATO baş katibi postunun favoriti Ərdoğandan dəstək istəyəcək
N-TV: NATO baş katibi vəzifəsinə namizəd Rutte Ərdoğanın dəstəyini almaq istəyir. Elchi.az xəbər verir ki, NATO-nun baş katibi postuna əsas namizəd, Hollandiyanın...