ABŞ Türkiyədə törədilən terror aktı və bu ölkənin antiterror əməliyyatından sonra Suriya və İraqda vəziyyəti gərginləşdirməməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“ABŞ Suriya və Türkiyədə mülki insanların həlak olması ilə bağlı səmimi başsağlığı verir. Biz mülki əhalinin həyatını qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi hədəfi dəstəkləmək üçün Suriyada deeskalasiyaya çağırırıq”, – məlumatda deyilib.
Qeyd olunur ki, ABŞ İraqda ölkənin suverenliyini pozan hər hansı razılaşdırılmamış hərbi əməliyyata qarşıdır.
ABŞ və İran hücumlardan sonra gərginliyi azaltmaq barədə razılığa gəliblər
ABŞ və İranın son bir neçə gündə baş verən bir sıra hücumlardan sonra hərbi fəaliyyəti dayandırmaq barədə razılığa gəldikləri bildirilir....





















Son şərhlər