Yevgeni Priqojinin “Vaqner” özəl hərbi şirkəti Ukraynada hərbi əməliyyatlar zonasında işləmək üçün həkim və tibb bacıları yığır.
Elchi.az xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.
“Vaqner” həkimləri yığmaqda davam edir. 30-50 yaş arasında anestezioloq, cərrah, travmatoloq, əməliyyat tibb bacısı, tibbi avadanlıqlar üzrə texnik, sanitar, feldşer, “C” kateqoriyalı sürücülər tələb olunur. Aylıq maaş isə 250-500 min rubl arasındadır”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada tibb işçilərinin orta aylıq əmək haqqı 51.5 min rubldur.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər