ABŞ Konqresində Ermənistanın təxribatlarına dair faktlar nümayiş etdirilib.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Tvitter hesabında yazıb.
“ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, – səfir qeyd edib.
Səfir ABŞ Nümayəndələr Palatasının spikeri, hazırda İrəvanda olan Nensi Pelosinin bu xarabalıqları ziyarət etmək və Ermənistan tərəfində törədilən cinayətlərə şahid olmaq istəmədiyini vurğulayıb.
“Və siz sabit və təhlükəsiz Qafqaza çağırırsınız?! İnsanlar sözlərə deyil, əməllərə inanır!” – səfir əlavə edib.
Əli Əsədov Heydər Əliyevin abidəsini ziyarət etdi
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Heydər Əliyev Parkını ziyarət edib. Nazirlər...