"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Ona görə də ABŞ istəsə İranı da Azərbaycanın üstünə salacaq…”

18 Sentyabr 2022 - 10:33
in MANŞET
FacebookVatsap

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edir:

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

– Qüdrət bəy, bəzi siyasi ekspertlər, deputatlar, siyasilər bəyan edirlər ki, 13 oktyabrda Ermənistanın təxribatlarına Azərbaycan Silahlı Qüvvələrinin sərt cavabı həm də Ermənistanı sülhəməcburetmə məqsədi daşıyır. “Fit”lə hərəkətə keçənlərin “əzbərçi uşağı” isə bəyan etdi ki, sülhəməcburetmə bir termin kimi Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeridərkən öz hərəkətlərinə haqq qazandırmaq üçün siyasi leksikona gətirilib və bu totalitar siyasi rejimlərin olduğu ölkələrə xas olan davranışdır. Hər iki məsələyə münasibət bildirmənizi istərdik.

– Mən özüm dəfələrlə bəyan etmişəm ki, Ermənistanı sülhə məcbur etməliyik. Əks halda heç kim Ermənistana təzyiq etməyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın, Zəngəzur dəhlizinin açılmasına razılıq versin və Azərbaycanın daxili işlərinə qarışmasın. BMT TŞ-nın qətnamələrini 27 il icra etməyən Ermənistan indi də 10 noyabr 2020-ci ldə imzalanmış “Atəşkəs haqqında Birgə Bəyannamə”nin şərtlərini yerinə yetirmir, işğalçılıq siyasətini davam etdirmək üçün əlverişli beynəlxalq vəziyyət yaranana qədər münaqişəni dondurmağa və himəyadarlarını köməyi ilə bizi mənasız danışıqlara bizi cəlb etmək istəyir. Biz bu problemi gələcək nəsillərə saxlamamalıyıq. Hər bir erməni və onların himayədarları başa düşməlidir ki, Ermənistan sülh sazişini imzalamadığı və öz öhdəliklərini yerinə yetirmədikcə rahat və təhlükəsiz yaşaya bilməyəcəklər.

Sülhəməcburetmə  BMT-nin Sülhməramlı Əməliyyatlar Missiyasının 3 fəaliyyət istiqamətindən biridir. BMT 1948-ci ildən bu işlə məşğuldur. Xatırlatdığınız 2008 -ci ildə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamenti “BMT-nin Sülhməramlı Əməliyyatlarının əsas istiqamətləri və prinsipləri” adlı rəsmi sənəd dərc edib. Həmin sənədin ikinci fəslində deyilir ki, BMT sülhməramlıları 3 istiqamət üzrə fəaliyyət göstərir. Birinci istiqamət “sülhüqoruma”(peacekeeping), yəni döyüşün dayandırlması barədə kövrək razılaşmanı təmin etmək üçün  münaqişə tərəfləri arasına sülhməramlı qüvvənin yerləşdirilməsi, İkinci istiqamət, sülhəməcburetmə(peace enforcement) yəni güc tətbiqi hədəsi ilə, yaxud güc tətbiq etməklə sülhü təmin etmə. Üçüncü istiqamət,sülhyaratma(peacebuilding), davamlı sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləmək, dövlətlərin öz əsas funksiyalarını yerinə yetirə bilmələrinə kömək etmək. Hər kəs bu terminlərin hansı məna daşıdığını və sülhməramlı fəaliyyətin istiqamətləri barədə qeyd etdiyim sənəddən öyrənə bilər. Bir də ki, kapitulyasiya sözünün mənasını bilməyənlər bunu hardan bilsin.

– Son günlər Qərb ölkələrində Rusiyanın Ukraynada taktiki nüvə silahı tətbiq edə biləcəyinə dair bol-bol danışmağa başlayıblar. Siz necə düşünürsünüz, bu mümkündürmü?

– Rusiya Ukrayna ilə sərhədə qoşun toplayanda düşünürdüm ki, bu Ukraynaya təzyiq üçün edilir. Rusiyanın belə bir qanlı qardaş  savaşına girəcəyini gözləmirdim. Onda da Qərb ölkələri, xüsusilə ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyini söyləyirdi və bu baş verdi. O zaman Zelenski yalvarırdı ki, siz deyirsiniz savaş olacaq, buna görə bütün investorlar ölkədədn qaçır, o qədər də yaxşı olmayan iqtisadiyyatımız daha da çökür. Biz onsuz da bütün mümkün imkanlarımızı səfərbər etmişik. Rusiya bizə hücum eedəcəyi halda hansı köməyi göstərəcəyinizi deyin, silah verin, Rusiyaya hansı sanksiyalar tətbiq edəcəyinizi bəyan edin ki, o da götür-qoy etsin, müharibəyə başlamağa dəyər ya-yox. O zaman onlar Ukraynanın ziyanına olan və Rusiyanı şirnikləndirə biləcək bir mövqe ortaya qoydular ki, “biz müharibəyə qoşulmayacağıq, eyni zamanda Rusiyanın təhlükəsizliklə bağlı qaldırdığı heç bir təklifi də qəbul etməyəycəyik. Sanksiyaların dairəsini isə müharibə başlayandan sonra elan edə bilərik”. Rusiya da fikirləşdi ki, yəqin 2014-cü ildə Krımı aldıqları zaman olduğu kimi sanksiya tətbiq olunacaq, sonra da Fransa və digərləri Rusiyaya müasir silah istehsalı üçün 360 milyon dollarlıq texnologiya satacaq.

 İndi də Bayden başda olmaqla heç kim Rusiya nüvə silahı tətbiq edəcəyi halda ona necə cavab veriləcəyinə dair açıq mövqe nümayiş etdirmir. Görünür istəyirlər ki, Rusiya müharibəyə başladığı kimi, nüvə silahı da tətbiq etsin. Bu barədə geninə boluna danışmaqla həm beynəlxalq, həm Rusiya ictimaiyyətini buna hazırlayırlar, həm Rusiya rəhbərliyində psixoz vəziyyət yaratmaqla onu buna təhrik etmək istəyirlər. Ona görə qarşıda nə olacağını yalnız Allah bilir.

– Pelosinin Ermənistana səfəri barədə nə deyə bilərsiniz?

– ABŞ Azərbaycanla bir çox istiqamətlərdə əməkdaşlıq edir, amma məsələ Ermənistanın işğalına gələndə həmişə seperatizmi dəstəkləyib, Ermənistana dəstək verib. Bu da ABŞ-dakı erməni lobbisi və xristian təəssübkeşliyi ilə bağlıdır. Siz bəzi qeyrətsiz və riyakar müsəlman ölkələrinə baxmayın. Biz haqlı olsaq da onlar nə bizi ,nə beynəlxalq hüququ müdafiə etmir. Pelosi Paşiyana siyasi dəstək verəcək və qulağına pıçıladayacaq ki, qorxma və Zəngəzur dəhlizinin açılmasına imkan vermə. Deyəcək ki, İran bilir ki, İsraili ona qarşı sərt addımlardan  ABŞ saxlayır, ona görə ABŞ istəsə İranı da Azərbaycanın üstünə salacaq. Buna sanksiyaları bir az yumşaltmağı vəd etməklə də nail ola bilər.

Pelosi Ermənistana heç zaman deməyəcək ki, öhdəliklərini yerinə yetir, sülh sazişi imzala, çünki o, həm də ABŞ-ın təhlükəsiz yerdə oturub qan istəyən erməni vətəndaşlarından səs almaq üçün İrəvana gəlir. İmkanı olsaydı, ABŞ-a sığınmış bizim millətdən olan bəzi jurnalistlərin arzusunu çin edib Xankəndinə də gedərdi. Qarabağ məsələsində nə Fransadan nə də ABŞ-dan ədalətli mövqe görməmişik və bundan sonra da gözləməməliyik. Nə də bu dövlətlərin sığınacağında yaşayan, yaxud onların əlinə baxan gecə gündüz öz ölkəsini söyən şəxslərin ermənipərəst açıqlamalarından təəccüblənməməliyik. Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Şuşaya (sanki Şuşa Azərbaycan ərazisi deyil) getmirəm deyən  ölkədən nə gözləməliyik ki?

Previous Post

“Ona görə də ABŞ istəsə İranı da Azərbaycanın üstünə salacaq…”

Next Post

Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq…

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq…

Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq...

Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq…

Yenə xəyanət? Yaxşı, sizi Bakı ilə 5-cə gün tək qoyarıq...

Son xəbərlər

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

06 Oktyabr 2026 - 17:13
ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

ADY Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasını əsaslı təmir edib

06 Oktyabr 2026 - 17:05
Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

Sabah 6 rayonun bəzi ərazilərində su olmayacaq

06 Oktyabr 2026 - 17:00
AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

AZƏRBAYCANLI YAZAR EMİL NƏSİRLİ GÜRCÜSTAN YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ SEÇİLİB

06 Oktyabr 2026 - 16:51
“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

06 Oktyabr 2026 - 16:38
Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

Ronaldu Jorje Jezusun sözlərindən sonra milli komandaya qayıtmayacağını bildirib

06 Oktyabr 2026 - 16:26
Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

06 Oktyabr 2026 - 16:10
Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan 1870 tələbə dövlət hesabına təhsil alacaq

06 Oktyabr 2026 - 16:07
Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

06 Oktyabr 2026 - 16:01
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06 Oktyabr 2026 - 16:00
Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.