Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını beşinci pillədə başa vurub.
Elchi.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.
Beləliklə, Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni beş medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Sentyabrın 18-də komanda yarışları baş tutacaq.
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb
İspaniya çempionatının VII turunda "Sevilya"ya 3:1 hesabı ilə qalib gələn "Barselona"nın hücumçusu Lamin Yamal İspaniya La Liqasında 2013/2014 mövsümündən bəri...





















Son şərhlər