İran Azərbaycan və Ermənistan sərhədinə qoşun yeridir. Bu barədə “Ermənistanın Birləşmə” hərəkatının üzvü Avetik Çalabyan “Facebook” səhifəsində məlumat yayıb: “Bizdə olan məlumata görə, İran öz qoşunlarını Ermənistan və Azərbaycan sərhədlərinə yaxınlaşdırıb. Ona görə də narahatlığa ehtiyac yoxdur”.
İran tərəfi isə məlumatı nə təkzib, nə də təsdiq edib. Rəsmi Tehran hələlik hər hansı açıqlama verməyib.
İranın Ermənistan sevdası ilə bağlı Elchi.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, İran parlamentinin Xadimi adında deputatı çox tərbiyəsiz formada paylaşım: “O, paylaşımında deyib ki, Ərdoğanı sıxışdırıb Azərbaycan Prezidentinin ağzının üstündən vurmaq lazımdır. Bu şəxs molla təfəkkürü ilə çıxış idir. Birincisi, Xadimi böyük qələt edir ki, Azərbaycan Prezidentinin adını çəkir, ikincisi Azərbaycan xalqı və Ordusu ölməyib ki, İran ölkə başçımızın ağzının üstündən vursun. Azərbaycan-Ermənistan sərhəddindən baş verən toqquşmalar zamanı İranın İSNA agentliyi məlumat yaydı ki, Azərbaycan Ermənistana təcavüz edib, onun ərazilərinə girib. Düzdür, içimizdən də bunu dəstəkləyən satqınlar oldu. İranın XİN sözçüsü Nəsir Kənani İranın mövqeyini ortaya qoyub sərhədlərin dəyişdirilməsinin İran üçün “qırmızı xətt” olduğunu gündəmə gətirdi. Paşinyan qeyri-ciddi adamdır və psixi problemləri var. Ancaq xəstə adamlar sözünü tez-tez danırlar. Ona görə də Paşinyan peşəkar siyasətçi olmadığı üçün onun məntiqsiz addımlar atmağı gözləniləndir. İranın şərəfsizliyini davam etdirməsinə gəlincə, bir şeyi anlamırlar ki, əhalisinin yarından çoxu türkdür. İran bir məqamı da anlamır ki, baş verənlərdə təkcə Rusiyanın yox, ABŞ-ın da maraqları var. Hazırda İran sanksiyalar altındadır, yanımızda olan dövlətlərdən biri də İsraildir. Eybi yox, Ermənistanın yanında olsunlar, bizim yanımızda olan dövlətlər isə güclüdür. İran onsuz da getdikcə özünü bəlaya salır, bütün əməlləri isə öz başlarında çatlayacaq. Azərbaycanda “Hüseynçi”lərlə nəsə edə biləcəklərini düşünürlərsə, yanılırlar. Ancaq Azərbaycan tərəfi İranın bu addımlarına son qoymalıdır. Şəhidlər bir tərəfdə qalıb imama ağlayırlar belə etməklə şəhidlərimizin ruhunu incidirlər. Niyə MN bunun öhədəsindən gəlmir onları qoymaq olmaz şəhid dəfnlərinə. 44 günlük müharibədə də şəhidlərimizlə düzəməlli vidalaşmağa imkan vermədilər. Hər şeyi hüsyenə bağlayırlar, guya onların duaları olmasa, sinələrinə vurub, şaxsey deməsələr şəhidlər rahat yatamayacaq. Bu şəkildə davam edə bilməz. Belə hallara mütləq son qoyulmalıdır”.
Yeganə