"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ÖNƏMLİ

“Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!”-Deputat

15 Sentyabr 2022 - 22:16
in ÖNƏMLİ
FacebookVatsap

“15 sentyabr-Bakının erməni-bolşevik işğalından azad olmasının 104-cü ildönümü, Cümhuriyyət tariximizin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin may ayında Zaqafqaziya seymi dağıldı və Azərbaycan, tarixi İstiqlal Bəyannaməsini elan etdi. Lakin, ölkənin ürəyi Bakı və ətraf bölgələr düşmən qüvvələrin nəzarətində idi. Yenicə “mart qırğınları” baş vermiş, Bakıda, Qubada və digər yerlərdə azərbaycanlılar kütləvi qırğına məruz qalmışdılar. Dünya susurdu”.

Bunu da oxuyun

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Elchi.az xəbər verir ki, bu fikirləri millət vəkili Nəsib Məhməliyev FB hesabında bildirib:

“Bakısız, Azərbaycanı bir dövlət olaraq təsəvvür belə etmək mümkün deyil. Gəncədə məskunlaşmış, Şərqin ilk demokratik Cümhuriyyət hökumətinin isə,nə ordusu, nə silah-sursatı, nə də ki, maliyyəsi vardı. Digər tərəfdən, beynəlxalq birlik Cümhuriyyəti müstəqil dövlət olaraq tanımağa tələsmirdi.
Belə bir mürəkkəb şəraitdə qərara alındı ki, Osmanlı Türkiyəsinə müraciət olunsun.
Tarixinin, ən böhranlı vəziyyətinə baxmayaraq, qardaş ölkə Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Türklər, Gəncədən Bakıya qədər hər bir bölgə, hər bir yaşayış məntəqəsi uğrunda qəhrəmanlıqla vuruşmaqla 1130 şəhid verdilər və sentyabr ayının 15-də, şəhəri tamamilə düşməndən azad etdilər.
Tarix təkrar olunur.
Bu günlər, 104 il əvvəl olduğu kimi, Azərbaycan xalqı erməni işğalına qarşı mübarizə aparır. Şəhid verir.
Bu gün də, 104 il əvvəl olduğu kimi, ən çətin, mürəkkəb geosiyasi şəraitdə yanımızda qardaş Türkiyə var.
104 il əvvəl Avropa ölkələri, hətta müttəfiqləri belə Osmanlı dövlətinə təzyiqlər edirdilər ki, təcili qoşunlarını Azərbaycandan çıxarmalıdır. Nuri Paşa bir hərbçi olaraq, əmrə tabe olmalıydı. Ancaq, o Azərbaycana olan sevgisindən əmri yerinə yetirməkdən boyun qaçırır və Azərbaycan vətəndaşlığını alır.
Osmanlı Türkiyəsi, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə, Azərbaycan nümayəndə heyətinin ABŞ prezidenti Vilsonla görüşünü təşkil edir. O zamana qədər Azərbaycana olduqca mənfi münasibətdə olan Vilson Topçubaşovla görüşdən məmnunluqla ayrılır və xalqımıza yönəlik təəssüratları 180 dərəcə dəyişir.
Həm 1918-ci ildə, həm də 1991-ci ildə ikinci dəfə dövlət müstəqilliyimizi əldə etdikdən sonra, qardaş Türkiyə, özünün xarici səfirliklərində Azərbaycanın yenicə yaradılan diplomatik nümayəndələri üçün şərait yaratmış, hər tərəfli dəstək vermişdir.
90-cı illərin əvvəllərində, torpaqlarımızın erməni işğalına məruz qalan ilk vaxtlardan, Türkiyə Ermənistanla sərhədlərini bağladı. Uzun illər ərzində böyük dövlətlərin, beynəlxalq təşkilatların təzyiqlərinə rəğmən, indiyə qədər açmır.
Əfsuslar olsun ki, Türkiyədən fərqli olaraq, bütün bunların tam əksini, özünü dünyaya müsəlman kimi sırıyan, əslundə İslamdan tamamilə uzaq, cənub qonşumuz barədə deməliyəm. Fars rejiminin ermənilərə olan 100 il əvvəlki məhəbbəti bu gün də özünü tam çılpaqlığı ilə göstərir, Müsəlman qardaşlarına isə, nifrəti. (Yəqin çox istədiklərindəndir).
Son günlər, Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində 50 nəfər vətən övladı şəhid oldu. Rəsmən elan olunmasa da, xalqımız matəm içərisindədir. Bununla bərabər, biz vahid bir xalq olaraq, tariximizin şərəfli səhifələrini unutmamalı, dostumuzun, düşmənimizin yaxşı və yaxud pis əməllərini gənc nəsillərə faktlarla çatdırmalıyıq. Azərbaycan dövləti tarixinin ən güclü, ən şərəfli, ləyaqətli dövrünü yaşayır. Beynəlxalq münasibətlər, təhlükəsizlik sistemuni peşəkarcasına mənimsəmiş qüdrətli Rəhbəri var. Ancaq, yaddan çıxarmaq olmaz; tarixi unutqanlıq, zamanla xalqımıza baha başa gəlmişdir. Düzgün nəticə çıxarmasaq, daha ağır faciələrlə üzləşə bilərik.
Hər bir cəmiyyətdə müxtəlif siyasi baxışların, fikirlərin olması təbiidir. Demokratiyanın inkişafı üçün, hətta vacibdir. Ancaq, milli məsələlərdə vahid mövqe olmalıdır.
Əfsuslar olsun ki, daxilimizdə yad ideologiyaların təsirinə məruz qalmış, düşmənin dəyirmanına su tökən həddindən artıq insanı görürük. Onların fəaliyyəti dövlətçiliyimizin gələcəyi üçün olduqca təhlükəlidir. Beyinləri zərərli ideologiya ilə zəhərlənmiş, zombiləşdirilmiş təbəqə üçün milli şüur, dünyəvilik, mədəniyyət, elmi inkişaf yaddır.
Hesab edirəm ki, 21-ci əsrdə xalqı boş-boş nağıllarla cəhalətə sürükləyən, dindaşlar, tonlarla narkotik göndərənlər, günün günorta çağı, küçədə insanları qaldırıcl kranlardan asanların siyasətinə ölkəmizdə yer olmamalıdır. Müvafiq dövlət strukturları ilə yanaşı, QHT-lər, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəallıq nümayiş etdirməlidirlər. Bizə feodal təfəkkürlü cahillər, “şeyx Nəsrullahlar” yox, inkişafımızı sürətləndirən, dünyəvi dəyərlərimizə hörmət edən aqillər lazımdır.
Bu gün sentyabr ayının 15-dir. Başda Nuri Paşa olmaqla, Qafqaz İslam Ordusunu, ümumiyyətlə, torpaqlarımız uğrunda canlarından keçmiş bütün şəhidlərimizi dərin minnətdarlıq hissi ilə yad edir, Allahdan rəhmət diləyirəm.

Previous Post

“Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyil!”-Deputat

Next Post

İran “Hüseyn”çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!”-Politoloq

Bənzər yazılar

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

04 Fevral 2026 - 21:58

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

27 Yanvar 2026 - 20:45

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi...

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

26 Yanvar 2026 - 10:39

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsindəki kritik və mülki infrastruktura hücumlarının davam etdiyini bildirərək, "Rusiyanın hər bir intensiv hücumu...

Ötən gün itkin düşən 5 nəfər tapılıb

Ötən gün itkin düşən 5 nəfər tapılıb

25 Yanvar 2026 - 10:27

Ötən gün itkin düşən 5 nəfər tapılıb. Bu barədə Elchi.az - a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın...

Next Post
İran “Hüseyn”çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!”-Politoloq

İran "Hüseyn"çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!"-Politoloq

İran “Hüseyn”çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!”-Politoloq

İran "Hüseyn"çilərlə nəsə edə biləcəyini düşünürsə, YANILIR!"-Politoloq

Son xəbərlər

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

08 Avqust 2026 - 11:42
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

08 Avqust 2026 - 11:24
Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55
Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

08 Avqust 2026 - 10:39
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.