Pelosi Ermənistana niyə gedir?

94

“Nensi Pelosi Tayvana getdi, Çinlə Tayvanın onsuz da gərgin olan münasibətinin üzərinə benzin tökdü. Əslində isə Çinin Tayvana müdaxilə etməsi üçün dolayı əmələ imza atdı”.

Elchi.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:

“Pelosi indi də Ermənistana səfər edəcək. Regiondakı hərbi toqquşmalardan siyasi dividendlər qazanmaq üçün pərdəarxasında bir səhnə düzəldilir.
Sual: Cənubi Qafqaz teatrını nə gözləyir?
Məncə, Rusiya-Ukrayna müharibəsinin başlanmasına rəvac verən səbəblər zənciri indi də Cənubi Qafqazda formalaşdırılır. Azərbaycan və Türkiyə isə münasibətlərini yeni bağlarla elə düyünləməlidir ki, təhdidlər fonu regional təhlükəsizliyə böyük zərbə vurmasın”.

Şayəstə