Ukrayna Prezidenti Vladimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatını açıqlamamağa çağırıb.
Dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.
“Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi üçün bir o qədər yaxşı olar”, – o deyib.
“Arxanızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz”, – Prezident əlavə edib.
Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var
Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...