Bildirilib ki, İndoneziyanın Papua əyalətinin Fakfak bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
SGS-nin məlumatına görə, 6,2 bal gücündə zəlzələ 12,1 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.