Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb.
Elchi.az xəbər verir ki, Rusiya Ukraynanın Xarkov şəhərini hədəfə alıb.
Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada, “Dünən gecə Xarkovda düşmən PUA hücumu həyata keçirib.
Hücumdan sonra baş verən partlayışda yaşayış evlərinə ziyan dəyib. İki ünvanda yanğın baş verib.
Ümumilikdə təxminən 200 m2 sahədə tikililər, qaraj və avtomobil yanıb. “Bombardman nəticəsində biri uşaq olmaqla 5 nəfər yaralanıb”.
Şayəstə Hüseynova