UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
İkinci oyun günündə daha 6 cavab görüşü keçirilib.
Türkiyə “Fənərbağça”sı Çexiyada “Slovaçko”nun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Səfərdə 1:1 hesablı heç-heçə qeydə alındığından, Türkiyə təmsilçisi pley-offa yüksəlib.
“Fənərbağça” ilə yanaşı, Finlandiyanın HİK (Helsinki), İsveçrənin “Sürix”, İsveçin “Malmö”, Kiprin AEK (Larnaka) və Yunanıstanın “Olimpiakos” klubları mərhələ adlayıblar.
Yenilənmiş Xankəndi Şəhər stadionunda ilk rəsmi oyun keçirildi
“Xankəndi” futbol klubu yenidənqurmadan sonra doğma stadionunda ilk rəsmi oyununa çıxıb. Elchi.az xəbər verir ki, Azərbaycan I Liqasının VIII turunda komanda...




















Son şərhlər