MKİ-nin keçmiş analitiki Conson: Qərb Putinin dünyadakı təsirini lazımi səviyyədə qiymətləndirmir.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin nüfuzu və populyarlığı bir sıra Qərb liderlərindən daha populyardır; Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Dialogue Works You Tube” kanalında deyib.
“Putin güclənir, Putin getdikcə populyarlaşır. Putinin populyarlığı Makron, Trüdo, Bayden və Şolzun birləşdiyindən daha yüksəkdir”, – o vurğulayıb.
Amerikanın keçmiş kəşfiyyatçısının sözlərinə görə, Qərb bu faktı anlamır.
Bundan əvvəl Conson Rusiyanın cəbhədə irəliləyişini sürətləndirdiyini və Ukraynaya heç bir pulun kömək etməyəcəyini söyləyib.
Onun fikrincə, ABŞ-ın ayırdığı vəsaitin həcmini cəbhədəki real vəziyyətdən ayrı hesab etməyin mənası yoxdur.
Şayəstə Hüseynova