Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc Liderlər” Gənc Siyasətçilər üçün “Yay məktəbi” layihəsinə ikinci turu Lerikdə davam edir. SİA-nın məlumatına görə, “Yay məktəbi” layihəsinin iştirakçıları bu dəfə öz təşəbbüsləri ilə flaşmob keçiriblər. Flaşmob Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzasını əks etdirən maraqlı göstərişlə tamamlanıb. Fəal gənclər bununla ölkə gənclərinə bu tarixi və şərəfli imzanın mahiyyətini aşıladıqlarını bildiriblər. Gənclər qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin imzası müstəqilliyimizin simvoluna çevrilib və bu gün nəinki Azərbaycanda, eləcə də dünyada Heydər Əliyev imzası öz tarixi sözünü deyib.
İsmayıl Quliyev, Lerik