Cənubi Amerika ölkəsi Kolumbiyada ordu helikopterinin qəzaya uğraması nəticəsində 9 əsgər həyatını itirib.
Elchi.az xəbər verir ki, Kolumbiya ordusundan verilən açıqlamada, Bolivar bölgəsinin Santa Rosa şəhərində “Körfəz Klanı” kimi tanınan narkotik kartelinə qarşı əməliyyat keçirən əsgərləri təchiz edən Mİ-17 tipli helikopterin qəzaya uğradığı açıqlanıb.
Bildirilib ki, dəhşətli qəza nəticəsində helikopterdə olan 9 əsgərin hamısı həyatını itirib. Bildirilib ki, helikopter baza ilə əlaqəni kəsib və daha sonra Santa Rosa bələdiyyəsi yaxınlığında qəzaya uğrayıb. Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabında yazdığı paylaşımda əsgərlərin ölümündən böyük kədərləndiyini bildirib.
Şayəstə Hüseynova