"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

İlham Əliyev: “Biz İtaliya ilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq” MÜSAHİBƏ

15 İyul 2014 - 08:07
in Kateqoriyasız
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakıda 33 dərəcə isti olacaq

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

Похожее изображение
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə verib.
Prezident İlham Əliyevi Roma şəhərinin meri İqnatsio Marino qarşılayıb.
Dövlətimizin başçısına Romanın “Mercati di Traiano” muzeyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, nadir eksponatların qorunduğu bu muzey qədim Roma tarixinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Muzeyin yerləşdiyi ərazidə müxtəlif vaxtlarda aparılan arxeoloji qazıntılar bir çox nadir memarlıq nümunələrini üzə çıxarıb. Digər tərəfdən, bu qazıntılar qədim dövr tarixinin müxtəlif mərhələlərinin tədqiqinə geniş imkanlar açıb. Ona görə də “Mercati di Traiano” muzeyinin əhəmiyyəti heç vaxt azalmır, onun ümumbəşəri dəyəri getdikcə daha da artır.
Daha sonra keçirilən görüşdə Roma şəhərinin meri İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirdi, ölkəmizdə gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı. O, Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. Bunun ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını dedi. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə toxunaraq Fondun dünyada ümumbəşəri dəyəri olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyindən xəbərdar olduğunu bildirdi. İqnatsio Marino Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırladı, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətinə toxundu. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü çatdırdı.
Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət mirasının təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu dedi, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini bildirdi. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir”, – deyən dövlətimizin başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyəyə çatdığını deyərək İtaliyanın Avropada və dünyada Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bildirdi. Hazırda tərəfdaşlığımızın enerji sektorunda uğurla həyata keçirildiyini, Avropanın enerji xəritəsini dəyişəcək TAP layihəsinin Azərbaycan üçün də böyük önəm təşkil etdiyini deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, əməkdaşlıq əlaqələri gələcəkdə infrastruktur, tikinti, yüksək texnologiyalar və iqtisadiyyatın digər sahələrini də əhatə edəcəkdir.
Görüşdən sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Daha sonra dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak etdi.
Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.
Sonra İqnatsio Marino Roma şəhərinin rəmzi olan xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.
Mərasim başa çatdıqdan sonra dövlətimizin başçısı və Roma şəhərinin meri arxeoloji qazıntı işlərinin aparılacağı ərazini, həmçinin Roma şəhərinin mənzərəsini seyr etdilər.
Sonda Prezident İlham Əliyev İtaliya jurnalistlərinə müsahibə verdi.
Prezident İlham ƏLİYEV dedi:
– Yenidən gözəl Roma şəhərində olmaqdan çox şadam. Bu gün əlaqələrimizdə çox vacib bir gündür. İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir, müxtəlif sahələri əhatə edir. Biz yaxşı dost və tərəfdaşlarıq. Biz fəxr edirik ki, Azərbaycan sizin tarixi memarlıq irsinizin bərpasında iştirak edir. Sizin tarixiniz, mədəniyyətiniz, memarlığınız bütün bəşəriyyətə məxsusdur. Azərbaycan fəxr edir ki, bu prosesin iştirakçısıdır.
Bu gün biz merlə müzakirələr apardıq və əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün imzalanan Saziş o deməkdir ki, biz yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq. Siyasi, iqtisadi, enerji məsələləri bizim üçün çox vacibdir və ölkələrimizi birləşdirir. Lakin mədəniyyət təkcə siyasətçiləri, ölkələri yox, həm də insanları birləşdirir. Bu gün ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlər, insanlar arasında təmaslar, bir-birimizin tarixinə göstərdiyimiz qarşılıqlı maraq bu tərəfdaşlığı gücləndirir. Ona görə də biz bu gün ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqdan danışa bilərik, çünki o həyatın bir çox sahələrini əhatə edir.
Bu yerdən sizin şəhərinizə açılan füsunkar mənzərəyə baxmaq çox gözəldir. Çünki mənim əvvəllər Romaya dəfələrlə səfərlərim olub, lakin bu yerdən Romaya baxmamışdım. Ümid edirəm ki, biz birlikdə tezliklə bu ərazilərdə əhəmiyyətli tapıntılar aşkarlayacağıq.
Mer İqnatsio MARİNO dedi:
– Bizə göstərdiyi bu yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq. Bu yardım sayəsində biz Aleksandria küçəsində arxeoloji qazıntı işlərini aparacağıq. Söz veririk ki, cənab Prezidentin İtaliyaya növbəti səfəri zamanı biz gördüyümüz işlərin nəticələrini nümayiş etdirəcəyik.
Onu da deyim ki, ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunuq. Təbii ki, bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında imzalanmış bu mühüm Saziş ölkələrimizin mədəniyyət sahəsində əlaqələrinin inkişafından xəbər verir. Biz buna böyük əhəmiyyət veririk. Əminəm ki, bu sənəd əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsinə töhfəsini verəcəkdir.
Previous Post

İlham Əliyev: “Biz İtaliya ilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyuruq” MÜSAHİBƏ

Next Post

YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA

Bənzər yazılar

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29

Sabah Bakıda hava necə olacaq? Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda...

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə...

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16

2026-cı ilin ilk 6 ayında Azərbaycanın portfel investisiyaları üzrə öhdəlikləri təxminən 2 milyard ABŞ dolları azalıb. Elchi.az xəbər verir ki, bunu...

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1,15 mlrd dolları ötür. Elchi.az xəbər verir ki, bunu Özbəkistanın İslahatlar və Tərəqqi Mərkəzinin...

Next Post

YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA

YAP rəsmisi: “USAID ölkəmizin nüfuzuna xələl yetirə bilməyəcək” AÇIQLAMA

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24
Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

15 Sentyabr 2026 - 10:53
Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

15 Sentyabr 2026 - 10:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.