Yaponiya hökuməti Ukraynaya yardım etməyi planlaşdırdığı 7 sahəni açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Sankei” qəzetindən məlumat verilib.
Tokionun seçdiyi yardım istiqamətləri arasında humanitar dəstək, kənd təsərrüfatı və heyvandarlığın inkişafı, uzaqdan tibb, biotexnologiya, həmçinin informasiya texnologiyaları və informasiya-kommunikasiya texnologiyalarının inkişafı var.
Gözlənilir ki, Ukraynanın iqtisadi dirçəlişinin təşviqi üzrə Yaponiya-Ukrayna konfransı zamanı tərəflər 20 sənəd imzalayacaqlar. Yaponiyanın tibbə 10 milyard yen – təxminən 68 milyon dollar sərmayə qoyacağı gözlənilir ki, bu da təcili bərpa yardımı, iqtisadiyyatın bərpası və məhsuldarlığın artırılması, əsas mühitin yaradılması üçün istifadə olunacaq.
Havar Şəfiyeva