"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Maraqlı Yeni il adətləri

17 Dekabr 2014 - 09:20
in MARAQLI
FacebookVatsap

Saxta nənə, 12 gilə üzüm, qapıya çırpılan boşqab… img1704535

Bunu da oxuyun

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Yenə də il ayrıcındayıq. 2014-cü il tarix olur. Beləcə Keçi ilini qarşılamağa hazırlaşırıq. Növbəti təqvim ilinə keçidlə bağlı hər bir xalqın özünəməxsus qeyri-adi ənənələri var və bu ənənələr çox qədim zamanlardan müasir dövrə kimi qorunub saxlanılıb. Bizdə dünya ölkələrinin qeyri-adi Yeni il ənənələrini öyrənmək üçün kiçik bir araşdırma apardıq.

Ekvador sakinlərinin Yeni il ənənələri olduqca maraqlıdır.
Burada kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır.
İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. Buna görə küçədə olan adamlar yoldan keçərkən ehtiyatlı olmalıdır. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.
İspaniyada da bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə 12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında həyata keçirməkdir. Kim bunu bacarırsa növbəti ildə onu uğurlar gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.
İspanların daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla davam edir.
Vyetnamda yeni il ay təqvimi ilə yanvarın axırında və ya fevralın əvvəlində qarşılanır. Bu zaman burada bahar havası olur. Yeni il süfrəsinə toplaşan qonaqlar əllərində çiçək dəstələri tuturlar. Vyetnamlılar yeni il axşamı əziz adamlarına çiçək açmış ərik ağacının budaqlarından düzəldilmiş çələng bağışlayırlar.
Macarıstanda yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli sürətdə elan edir ki, köhnə ili “dəfn” eləyib yenisini qarşıladığımız üçün hamı yeyib içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar, ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.
Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa, gələn il onun üçün düşərli və uğurlu olur.
Yunanıstanın bəzi əyalətlərində yeni ili yanvarın 3-də qarşılayırlar. Həmin gün kişilərə aid olan bütün hüquq və ixtiyar qadınlara verilir. Qadınlar qoyun və ya donuz kəsib təmizləyir, oxuya-oxuya gəzintiyə çıxırlar. Kişilər isə ev süpürür, qab-qacaq yuyur, uşaqlara baxır və özlərinə təskinlik verirlər ki, eybi yoxdur, bu vəziyyət cəmi bircə günlükdür. Daha bir ənənəyə görə isə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə yeni il də bir o qədər uğurlu olar.
Braziliyada Yeni il şənlikləri olduqca romantik keçirilir. Bayram günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar. Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır.
Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.
Avropanın çox ölkəsində Yeni ili xüsusi təmtəraq və ciddi qaydalarla qarşılayırlar. Elə ölkə var ki, orada Şaxta baba, elə yerlər də var ki, orada uşaqların Şaxta nənəsi olur. Şaxta babanın adı Noel ata, Şaxta nənənin ismi isə Befandır. Avropada belə bir fikir də dəbdədir ki, Yeni il axşamı ən yaxşısı evindən bayıra çıxmamaqdır. Bunun da bir səbəbi var: həm o axşam pəncərədən atılan köhnə mebellər sənin üstünə düşməz, həm də bayramı hansı ovqatla qarşılasan, elə o əhval-ruhiyyə ilə də sona çatdırarsan.
Rusiyada isə hər evdə kilsə şamları yandırılır. Süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanclara görə, süfrə nə qədər zəngin və gözəl olarsa, gələn il də elə gözlənilər. Rusların süfrəsinin tən ortasında mütləq qızardılmış donuz balası qoyulmalıdır. İnanca görə, donuz var-dövlət simvoludur. Süfrəyə quş ətindən heç nə verilməz. Belə hesab edilir ki, xoşbəxtlik evdən uça bilər. Gələn qonaqlara xəmirdən hazırlanmış müxtəlif fiqurlu şirniyyatlar paylanılır. Yeni il axşamı mütləq təzə paltar və ayaqqabı geyinilməlidir. Yaxın adamlar bir-birini təbrik edir, qonaq gedir, səhərədək yemək-içmək bitmək bilmir.
Azərbaycanda isə Yeni il axşamının bir özəlliyi ondan ibarətdir ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Doğrudur, Yeni ilin gəlişini biz adətən Novruz bayramında  qeyd edirik. Amma illərdir ki, yeni ili də eyni məhəbbətlə qarşılayırıq. Süfrəmizə ləziz yeməklərlə bərabər milli mətbəximizin gözəl təamları da qoyulur.
Günel MANAFLIDünya ölkələrinin maraqlı Yeni il adətləri  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir308/img1704541.jpg' target='_blank'>Yüklə</a>
Dünya ölkələrinin maraqlı Yeni il adətləri  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir308/img1704538.jpg' target='_blank'>Yüklə</a>
Dünya ölkələrinin maraqlı Yeni il adətləri  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir308/img1704540.jpg' target='_blank'>Yüklə</a>Dünya ölkələrinin maraqlı Yeni il adətləri  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir308/img1704539.jpg' target='_blank'>Yüklə</a>

 

Previous Post

Rusiya ilə ABŞ razılığa gəldi

Next Post

“Milyarderlər İttifaqı”nın “ölüm hökmü” verildi

Bənzər yazılar

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09

İspaniyada aparılan yeni bir araşdırma, üç ay ərzində müntəzəm olaraq tomat pastası istehlak edən şəxslərin beyin skanlarında və idrak performansında...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28

Qantas Hava Yollarına məxsus xüsusi dizayn edilmiş Airbus A350-1000ULR sərnişin təyyarəsi Melburndan havaya qalxdıqdan sonra 24 saat 24 dəqiqə fasiləsiz...

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Next Post

“Milyarderlər İttifaqı”nın "ölüm hökmü" verildi

“Milyarderlər İttifaqı”nın "ölüm hökmü" verildi

Son xəbərlər

Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb – FAKTİKİ HAVA

21 Oktyabr 2026 - 11:28
Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

Çempionlar Liqasında son 66 ilin rekord göstəricisi qeydə alınacaq

21 Oktyabr 2026 - 11:17
Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

Rubio: ABŞ-ın dəstəyi olmasaydı, Ukrayna mövcud olmazdı

21 Oktyabr 2026 - 11:04
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb – VİDEO

21 Oktyabr 2026 - 10:51
Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

Səfir: Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar konstruktiv məcrada davam edir

21 Oktyabr 2026 - 10:42
Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

Mask Ukraynaya dəstəyini tədricən geri çəkir!

21 Oktyabr 2026 - 10:35
Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

Fransada etiraz aksiyaları zamanı 149 nəfər saxlanılıb

21 Oktyabr 2026 - 10:27
Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026 - 10:18
Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

Gürcüstanda Azərbaycan sərhədinədək avtomagistralın inşası 2031-ci ilin sonuna qədər tamamlanacaq

21 Oktyabr 2026 - 10:06
Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

Bakıda Azərbaycan–Avropa İttifaqı Biznes Forumu keçirilir

21 Oktyabr 2026 - 09:58
Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Brüsseldə Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

21 Oktyabr 2026 - 09:45
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

21 Oktyabr 2026 - 09:37
Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

21 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

21 Oktyabr 2026 - 09:13
Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.