"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Milyarderlər İttifaqı”nın “ölüm hökmü” verildi

17 Dekabr 2014 - 09:37
in SİYASƏT MANŞET
FacebookVatsap

Abbas Abbasovun “AzerRos”dakı adamına qarşı şok ittiham; Qurum prezidenti – RATİ üzvü Asif Məhərrəmova etimadsızlıq göstərildi və növbədənkənar qurultay img1704515çağırıldı; Söyün Sadıqovun varisi yarıtmaz fəaliyyətdə və “təşkilatı polis izolyatoruna çevirməkdə” suçlanılır…

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində dərin parçalanma yaranıb. Əldə elədiyimiz etibarlı məlumatlara görə, bu parçalanma son həftələrdə daha da güclənərək qurumun hazırkı prezidenti Asif Məhərrəmova qarşı tam etimadsızlığın irəli sürülməsi ilə nəticələnib.
Ondan başlayaq ki, noyabrın 14-də Moskvada “AzerRos”un Federasiya Şurasının 7-ci iclası keçirilib. İclasda 43 Şura üzvlündən 30-u iştirak edib. Toplantıda prezident Asif Məhərrəmovun, eləcə də İcra Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan dövrdə fəaliyyəti müzakirə olunub. Xüsusi olaraq qeyd edilib ki, Rusiyadakı azərbaycanlıların və təşkilatın regional bölmələrinin narazılığı ona gətirib çıxarıb ki, təşkilatdakı parçalanmalara və regional qurumlarla prezident arasında ortaq qarşılıqlı əlaqələrin olmamasına dözmək daha mümkünsüz görünür.
Çıxışlarda Məhərrəmova qarşı konkret iradlar əksini tapıb. Bildirilib ki, regional təşkilatların nümayəndələri və azərbaycanlılar “AzerRos” prezidentinin mərkəzi ofisinə yaxın düşə bilmirlər, “Məhərrəmov isə praktik olaraq qurumu polis izolyatoruna çevirib” (Buradaca xatırladaq ki, Asif Məhərrəmov Rusiya Daxili İşlər Nazirliyinin zabiti olub).
Çıxışlardan belə qənaət hasil olur ki, təşkilatın Federasiya Şurası məhz Rusiyada, vilayət və regionlarda yaşayan azərbaycanlıların iradlarını əsas götürərək prezidentlə neqativ münasibəti müzakirə eləmək və normal iş şəraitinə nail olmaq istəyib. “Lakin bizim müraciətlərimizi qulaqardı edən prezident Federasiya Şurasının iclasına qatılmaqdan imtina elədi. Bu səbəbdən də ”AzerRos”un növbədənkənar 5-ci hesabat-seçki qurultayını çağırmaq məsələsi qoyuldu”,  – deyə 14 noyabr iclaslının çıxardığı, yekdilliklə qəbul edilən qərarda qeyd olunur.
Vurğulayaq ki, gələn il yanvarın 17-nə nəzərdə tutulan növbədənkənar qurultayın keçirilməsi üçün T.Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Regional bölmələrə həmin müddətədək qurultaya özlərinin nümayəndələrini, “Federasiya Şurasına və prezidentliyə ən layiqli namizədlərini” müəyyən eləmək tapşırılıb.
Təşkilat Komitəsi həmçinin yeni prezidentin aşağıdakı xüsusiyyətlərə və tələblərə cavab verməli olduğunu xüsusi qeyd edib: “Yeni namizəd Rusiya vətəndaşı və ali təhsilli olmalıdır, məhkumluğu olmamalıdır, ictimai-siyasi təşkilatlarda 5 ildən az olmayan iş stajına malik olmalıdır, regional təşkilatlardan müsbət xarakteristika almalıdır, rus və Azərbaycan dillərində sərbəst danışmalıdır”.
İclasın protokolunda Təşkilat Komitəsinin işinə “AzerRos” rəhbərliyi tərəfindən yaradılan əngəllərlə bağlı aşağıdakı qeydlər də əksini tapıb: “Belə vəziyyətdə aktiv və destruktiv rol məhz indiki prezident Asif Məhərrəmova və qurumun Federasiya Şurasının sədri M. Sadıqovaya məxsusdur. Məhz onlar növbədənkənar qurultayın baş tutmamasına yönəlik mövqe sərgiləyirlər. Belə ki, təşkilat komitəsinin iclasını pozmaq üçün dekabrın 5-də, saat 15:00-da mərkəzi ofisdə Məhərrəmov görüş zamanı Federasiya Şurasının – Təşkilat Komitəsinin üzvləri ilə salamlaşmayıb və bununla da açıq şəkildə onlara hörmətsizlik və gözügötürməzlik nümayiş etdirib. Həmçinin o, Komitə üzvlərini mərkəzi ofisə buraxılmasına, onlara buraxılış vəsiqəsi verilməsinə qadağa qoyub. Təşkilat Komitəsinin üzvləri ofisə yalnız binanın inzibatçısı dəyişəndən sonra və təzə inzibatçı qadağadan bixəbər olduğu üçün girə biliblər”.
*   *   *   *   *
 
Göründüyü kimi, “AzerRos”un hazırkı rəhbərinə – Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun adamı sayılan və Söyün Sadıqovun varisi Asif Məhərrəmova qurumun Federasiya Şurası faktiki surətdə etimadsızlıq göstərib. Bu etimadsızlığın kökündə, doğrudan da indiki prezidentin yarıtmaz fəaliyyətinin durduğu, yoxsa deyilməyən başqa arqumentlərin dayandığını söyləmək hələlik çətindir.
Bir şey dəqiqdir ki, “AzerRos”a rəhbərlik uğrunda növbəti mübarizə başlayıb. Şübhə yox ki, bu mübarizənin necə yekunlaşacağında Abbas Abbasovun müdaxiləsi, təsiri də az rol oynamayacaq. Onu da qeyd edək ki, Abbas Abbasov və Söyün Sadıqov kimi Asif Məhərrəmov “Milyarderlər ittifaqı”nda (RATİ) təmsil olunur.
Bəzi ehtimallara görə, “AzerRos”da son yaşananlar, Məhərrəmova qarşı başladılan etimadsızlıq 2013-cü ildə yaradılan RATİ-ni zəiflətmək planının tərkib hissəsi də ola bilər. Bəllidir ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yarada bildilər. İstisna deyil ki, “AzerRos” rəhbərliyində gedən proseslər həm də “Milyarderlər ittifaqı”nı gələnilki parlament seçkilərinədək zəiflədib təsirsiz hala gətirmək planının tərkib hissəsidir.
*****
Arayış üçün əlavə edək ki, Asif Məhərrəmov 1953-cü ildə Azərbaycanın Goranboy rayonunda doğulub. Əmək fəaliyyətinə 1970-ci ildə Rusiyanın Tula vilayətinin Aleksin şəhərində yerləşən mexanika zavodunda başlayıb. 1971-73-cü illərdə sovet ordusunun sıralarında Sevostopol şəhərində xidmət edib. Hərbi xidməti rota komandirinin müavini vəzifəsində başa vurub.
1973-cü ildə komsomol təşkilatının göndərişi ilə Daxili İşlər Nazirliyi sisteminə yönləndirilib. Əvvəlcə Minsk şəhərində yerləşən SSRİ DİN-in Milis Məktəbini fərqləndirmə ilə bitirib. 1976-1983-cü illərdə Kalininqrad Şəhər Birləşmiş Milis Diviziyasının komandiri, baş əməliyyat müvəkkili işləyib. 1983-də SSRİ DİN-in Akademiyasını bitirib. 1984-1994-cü illərdə SSRİ DİN-in operativ işlər üzrə şöbəsində rəhbər postda çalışıb. 1994-2004-cü illərdə Rusiya Daxili İşlər Nazirliyinin yüksək çinli zabiti kimi müxtəlif idarələrə rəhbərlik edib. 2009-cu ildən indiyədək “Roskosmos” dövlət qurumunun baş direktorunun müavini vəzifəsində işləyir. 2013-cü il yanvarın 25-də “AzerRos”un yeni prezidenti seçilib.
Siyasət şöbəsi

Previous Post

“Milyarderlər İttifaqı”nın “ölüm hökmü” verildi

Next Post

İŞİD-in “maarif naziri” öldürüldü

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

İŞİD-in “maarif naziri” öldürüldü

Əsgər transı oteldə boğub öldürdü- Fotolar

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.