“2023-cü ildə Rusiya qoşunları və sülhməramlılarından ibarət qruplar Qarabağ və Suriyada öz tapşırıqlarını yerinə yetirməyə davam edəcəklər”.
Elchi.az -ın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“2023-cü ilin prioritet vəzifələrindən biri tapşırıqlar tam yerinə yetirilənə qədər hərbi xüsusi əməliyyatı davam etdirməkdir. Eyni zamanda Rusiya qoşunlarının qrupları və qüvvələri ilə Qarabağda və Suriyada sülhün və sabitliyin qorunması üçün işlər görəcəyik”,-deyə Şoyqu bildirib.
Yeganə