Baxıram, Flora Kərimovanı – yaşı 80-i keçən, keşməkeşli ömrü olan bir qadını yenə linç edirlər.
Səbəb: Mehriban Əliyevanı ad günündə siyasi etiket qaydaları çərçivəsində kübar ifadələrlə təbrik edib!
Əcəb edib! Fransızlarda “nobliş oblij” etiketi var, yəni vəziyyət mükəlləf edir!
Mehriban Əliyeva Birinci ledidir, önəmli post tutur… NİYYƏTDƏN asılı olmayaraq, hər bir vətəndaş sui-istifadə də edə bilər momentdən yararlanaraq, səmimi şəkildə kübarlıq da sərgiləyə bilər! Niyə Flora xanım söyülməlidir ki? Məgər
Flora Kərimova Lənkəranın icra başçısının müavinəsi Rasilə Əliyevanın 9-cu sinfi bitirən qızı evində döydüyü, xəsarət yetirdiyi haqda məlumat olan yazıda Mehriban Əliyevanın Rasiləyə qəyyumluq etməsi FAKTINA görə “günəş qəlbli qadın” yazıb Ülyahəzrətə, siz də onu söyürsünüz, yoxsa… sadəcə AD GÜNÜ TƏBRİKİNƏ görə?
Ad günü təbriki məhz iki nəfər arasında olan aktdır, necə ki namaz Allahla bəndə arasında! Müdaxilə, rəy, təsir, təhdid yolverilməzdir!
Dostumuz, məhkəmələrdə bizim üçün vuruşan Osman Kazımov Laçının geri qaytarılmasında Müzəffər ABK İlham Əliyevə də bu uğurda payına görə epizodik təşəkkür ünvanlayıb – düşüblər üstünə!
A balam, məgər Osman Kazımov Lənkəranı viran qoyan Taleh Qaraşovu işdən çıxarmadığına görə İlham Əliyevə təşəkkür edib?
“Nəyi nəylə, daha nəyi daha nəylə” (Qabil) qarışdırmayaq, lütfən, Sözümüzün, əməllərimizin, niyyətlərimizin, qələbələrimizin sehrini gücdən salmayaq, o tilsimdən özümüzü məhrum etməyək!
Harda söymək lazımdır, orda söyək, haçan öymək lazımdır, onda öyək – bu, siyasi etiketin tələb etdiyi ədəbdir!
Bir təbrik mətni görən kimi başlayırıq linç etməyə, bir portret lütfü görən kimi, ağzımızı açırıq…
Onda da məni kimi bir girdirmə çıxacaq, deyəcək… onda gəl yığışdır da! Sizə bu lazımdır…, ay gijd…ğlıq barometrləri? Fərqindəsinizmi artıq təbriki, təşəkkürü, salamlaşmanı belə hörmətdən salırsınız?
30 ildə cəmi bir partiya öz sədri ilə burda siyasi etiket mədəniyyəti sərgiləyib – İqbal Ağazadə və Ümid Partiyası… xalqın dəyərli övladlarını təbrik edir, rəhmətə gedəni olanda başsağlığı verir!
Ay gijd…ğlıq barometrləri, təbrik, təşəkkür mədəniyyəti nümayiş etdirə bilmirsiniz, İlham Əliyev, Mehriban Əliyeva bir yana, heç Taleh Qaraşov sizə rayonu əlindən almağa imkan verər???
Siyasi mübarizə həm də mədəniyyətdir! Siyasi mübarizə təkcə ölkədə rəqibə qalib gəlmək deyil, həm də geosiyasi marağı olan ölkələrə özünü etiraf etdirməkdir! Özünüzü cındlrlığa qoymusunuz, elə bilirsiniz Azərbaycan da siz boyda, siz iddialıdır! Yox, yox, yox, a kişi, Azərbaycan… dünya boydadır və bu ölkədə maraqlar həddən artıq yüksək səviyyədədir – Davosda müzakirə qədərincə!
Evdə arvadlarınıza, qızlarınıza öyrədin kimi necə təbrik etməyi, kimə necə təşəkkür etməyi! Kimsə öz təşəkkürü və təbrikiylə sizin haqqınıza girmədikcə, siz girin bir yerlərinizə…
Ağ eləməyin! Ki… sıralarımız seyrəlməsin! Və… yaşı 65-i keçənlərdən heç nə ummayın!
O, Çörçill, Şarl dö Qoll, Süleyman Dəmirəl, Heydər Əliyev idi… 69-dan sonra da nəsə edə bilirdilər! Bizim üçün hələ də mübarizə aparanları, sözü bizi də xilas edə bilənləri qətl etməyə tələsmək… özü də mübarizə adıyla… rəqibin xallarını artırır.
Rəqibə sıradaşının bir təbrikiylə, bir təşəkkürüylə uduzmaq qədərincə kövrəksənsə, kül sənin mübarizənin də başına, sənə bel bağlayanın da!
Bu qədər deyə bildim…
Azərbaycanda COVID-19-a yoluxma, demək olar, yox səviyyəsindədir – RƏSMİ
Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar, yox səviyyəsindədir. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin...