BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşları 2023-cü ilin payızında İsrailə qarşı hücumlarda iştirak ediblər. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu İsrailin Cenevrədəki BMT-dəki daimi nümayəndəsinin müavini Adi Farjon bildirib.
O, fakt kimi ötən il oktyabrın 7-də İsrailə qarşı hücumlarda “UNRWA” -nın 19 üzvünün fəal iştirakını göstərib. Farjon həmçinin qeyd edib ki, agentliyin iki mindən çox əməkdaşı ya Fələstinin radikal HƏMAS hərəkatının, ya da İslami Cihadın üzvüdür.
Havar Şəfiyeva