"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

10-11-ci siniflər ləğv olunur? – Rəsmi

27 Fevral 2017 - 10:02
in aktual-banner, Banner, Cebhe-banner, XƏBƏR LENTİ
FacebookVatsap

Təhsil Nazirliyi (TN) bəzi orta məktəblərin statusunun və tipinin dəyişdirilməsi – tam orta məktəblərin bundan sonra ümumi orta məktəb kimi fəaliyyət göstərəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Bunu da oxuyun

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Azərbaycan qlobal proseslərin önündə

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov  bildirib ki, TN-yə də bu barədə müraciətlər daxil olub.

Belə müraciətlər daxil olduğu zaman müvafiq izahatların verildiyini deyən A.Əhmədov yayılan söhbətlərin heç bir əsasının olmadığını söyləyib. Nazirlik rəsmisi bu cür məlumatların haradan qaynaqladığını da açıqlayıb.

Onun sözlərinə görə, ümumi, yəni 9 illik icbari orta təhsil səviyyəsindən sonra – tam orta təhsil səviyyəsində təhsilin təmayüllülər üzrə təşkil olunması 2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanunda təsbit olunub. Bu məsələ Təhsilin İnskişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb.

A.Əhmədov əlavə edib ki, 2011-ci ildən 5 məktəbdə pilot şəkildə həyata keçirilən tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi layihəsi hazırda 182 məktəbdə sınaqdan keçirilir. Təmayülləşmənin tətbiq olunduğu pilot məktəblər əksər rayon, şəhərləri əhatə edir.

Nazirlik rəsmisi qeyd edib ki, təmayül sinfin yaranması üçün məktəbdə paralel siniflərin olması çox vacibdir. Çünki şagirdlərin meyl və maraqları nəzərə alınmaqla formalaşdırılan təmayül siniflərə məktəbin 9-cu sinfini bitirən bütün şagirdlər deyil, seçdikləri fənlər üzrə müvəffəq qiymətlə oxuyanlar, imtahan nəticələri yaxşı olan və fənn müəliminin müsbət rəy verdiyi şagirdlər cəlb olunmalıdır:

“Lakin bir fakt da məlumdur, – bu, xüsusilə kənd rayonlarına aiddir – burada məktəblərdə 9-cu sinfi bitirən şagirdlərin sayı azdır. Bizim kənd rayonlarında elə məktəblərimiz var ki, oradakı 9-cu sinfin sayı cəmi 1-dir. Xeyli məktəbimiz var ki, orada şagirdlərin sayı çox aşağıdır. 5 nəfərdən, 7 nəfərdən ibarət olan 9-cu sinif də var. Təbii ki, bu prosesdən bir çıxış yolu axtarmaq lazımdır və elə etmək lazımdır ki, şagirdlərin təhsil hüquqları pozulmasın. Burada vəziyyətdən çıxış yolu nədir? Biz belə bir yol fikirləşdik ki, hər bir rayonda kompaktlıq mənasında zonalar müəyyənləşdirək və o zonaya daxil olan məktəblərdən 1 və ya 2-si seçilsin və orada təmayüllü siniflər təşkil olunsun. Təmayül siniflər təşkil olunduqda onun infrastrukturu, maddi-texniki bazası, tədris bazası nəzərə alınır. Bu aspektdə müəyyən işlər görməyə başladıq. Bu proseslərlə bağlı belə bir məsələ çıxdı ki, guya hansısa tam orta məktəb ümumi orta məktəbə keçir. Yəni, burada təmayül siniflərin yaradılması baş tutmur, ona görə də bu məktəb ümumi orta məktəb olacaq. Birincisi onu deyim ki, indiyədək hər hansı bir məktəbin bağlanması, onun tipinin dəyişdirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Ən azı ona görə ki, bu il 10-cu sinifdə oxuyan şagirdlər gələn il 11-ci sinif şagirdi olacaqlar. Ona görə də o məktəbin tipinin ləğvindən söhbət gedə bilməz”.

A.Əhmədov bildirib ki, məktəblərdə təmayül siniflər yaradılarkən adi siniflər də təşkil edilir. Təmayül siniflərdə oxuya bilməyən şagirdlər könüllülük əsasında adi siniflərdə təhsillərini davam etdirə bilərlər.

A.Əhmədov əlavə edib ki, ümumiyyətlə, TN təmayülləşmənin tətbiqi və bu prosesin davam edilməsi ilə əlaqədar müvafiq qərarları real vəziyyəti nəzərə almaqla qəbul edəcək:

“Biz çalışacağıq ki, bu proses problemsiz olsun və şagirdlərin mənafeyi gözlənilməklə həyata keçirilsin. Biz təhsil şöbələrinin müdirlərinin, ondan əvvəl təhsil şöbəsinin bu işə məsul olan işçilərinin iştirakı ilə dəfələrdə yığıncaq keçirmişik. Bu məsələ ilə bağlı yerlərdə izahat işləri aparılır, amma bu işi müəyyən mənada əksinə başa düşən insanlar da var. Ona görə belə narazılıq doğuran məsələ yaranır. Əsas məqsəd ilk növbədə şagirdlərin mənafeyinin təmin olunmasıdır. Çalışacağıq ki, bütövlükdə ümumi mənafeyə ziyan dəyməsin və problemlər yaranmasın. Yaranacaq istənilən problemi aradan qaldırmağa çalışacağıq”.

 

Previous Post

10-11-ci siniflər ləğv olunur? – Rəsmi

Next Post

Rusiya tatarlara qarşı taktikanı dəyişib – Cəmilov

Bənzər yazılar

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24

Suriyanın Dəra və Həsəkə əyalətlərində minaların partlaması nəticəsində 2 uşaq ölüb və 3 nəfər yaralanıb. Elchi.az Suriya mediasına istinadən xəbər...

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22

Avropa Komissiyası Avropa ölkələrinə 2027-ci ilin sonunadək Ukraynaya kredit vəsaitinin qalan 45 milyard avrosunun ayrılmasını təsdiqləməyə imkan verən mexanizm təqdim...

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycan qlobal proseslərin önündə

29 Oktyabr 2026 - 16:53

Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən...

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib. Məlumata görə,...

Next Post

Rusiya tatarlara qarşı taktikanı dəyişib – Cəmilov

Rusiya tatarlara qarşı taktikanı dəyişib – Cəmilov

Son xəbərlər

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11
Parisdə komendant saatı tətbiq edilib

Parisdə komendant saatı tətbiq edilib

30 Oktyabr 2026 - 18:00
Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

30 Oktyabr 2026 - 17:48
Ərdoğan Ceyhun Bayramovla görüşdü

Ərdoğan Ceyhun Bayramovla görüşdü

30 Oktyabr 2026 - 17:35
ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

30 Oktyabr 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.