Krımın birləşdirilməsindən bəri 20 min tatar yarımadanı tərk edib.
Axar.az xəbər verir ki, bunu Krım Tatar xalqının lideri Mustafa Cəmilov deyib.
“Təxminən 20 min Krım tatarı yarımadanı tərk edib. Bizim çağırışlarımıza isə belə cavab verirlər: “Mənim oğlumu öldürəndə, siz cavab verə bilməyəcəksiniz”, – Cəmilov bildirib.
O qeyd edib ki, Rusiya Krım tatarlarına qarşı başqa taktikadan istifadə edir:
“Elə şərtlər yaradılır ki, tatarlar özləri yarımadanı tərk etsin”.