Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüş olacaq.
Elchi.az “Report“a istinadən bildirir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirilən gündəlik brifinqdə deyib.
Sanders bildirib ki, Türkiyədə keçirilən növbədənkənar seçkilərin nəticələrindən sonra ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşə hazırlaşır.
“Möhkəm əlaqələrimizin olduğunu bir daha vurğulamaq üçün prezident Tramp ilə Ərdoğan arasında görüş keçirilməsi üzrə iş gedir”, – deyə o əlavə edib.
Sanders, görüşün nə vaxt keçiriləcəyinə dair məlumat verməyib.