“2022-ci ildə Türkiyə və Azərbaycan 12 birgə hərbi təlim keçirib”.
Elchi.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin yekunlarına dair öz “Twitter” səhifəsində yazıb.
“Azərbaycanla 12 birgə hərbi təlim keçirməklə biz hərbi potensialımızı artırmışıq”, – deyə Ərdoğan bildirib.
Dekabrın əvvəlində Azərbaycan və Türkiyə hərbçiləri Bakıda və Azərbaycanın üç rayonunda – Astara, Cəbrayıl və İmişlidə birgə təlimlər keçirib.
Döyüş hazırlığının müxtəlif tapşırıqlarını birgə yerinə yetirən iki ölkənin hərbi aviasiyası ilə yanaşı, müxtəlif qoşun növlərinin, döyüş və mühəndis texnikasının şəxsi heyəti təlimlərə cəlb olunub. Xüsusilə, artilleriya, aviasiya və digər qoşun növlərindən istifadə olunub çaylar üzərində ponton körpüləri tikilib, eləcə də qoşunların saxta düşmənin dərinliklərinə endirilib.
Yeganə