Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 81 vilayətindən 57-nin qubernatorunu dəyişib.
Elchi.az bu barədə Trthaber.com-a istinadən bildirir.
Qeyd edək ki, dəyişikliklərin hansı səbəbdən olduğu bilinmir. Bu barədə qərar bu həftə Türkiyə hökuməti və Milli Təhlükəsizlik Şurasının iclaslarından sonra qəbul edilib.
Xatırladaq ki, avqustun 2-də Ərdoğanın göstərişi ilə Türkiyənin 52 vilayətinin təhlükəsizlik idarələrinin rəhbərləri dəyişdirilib.
Yeganə