Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.
Türkiyə mediasının xəbərinə görə, Ərdoğan Kral Salman bin Əbdüləzizin dəvəti ilə Səudiyyə Ərəbistanına yola düşür.
İki gün davam edəcək səfər çərçivəsində liderlər arasında görüş keçiriləcəyi gözlənilir.