“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanda hava limanınin açılışında iştirakı, Cəbrayıla səfəri İranın hərbi təlimlərini sıfıra endirdi”.
Elchi.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə FB hesabında qeyd edib:
“Azərbaycana qarşı İran, Fransa kordinasiyalı çalışır və Ermənistana siyasi dəstək verməklə regionda sülhün əldə olunmaması üçün çalışırlar.
Türkiyə prezidenti bununla iki tərəfə mesaj verdi. Azərbaycana təzyiq mümkün olmayacaq. Qeyd edim ki, Türkiyə prezidenti həssas bir dönəmdə Azərbaycana gələrək daima yanımızda olduğunu nümayiş etdirir”.
Yeganə