Ərdoğan 56 faiz səs toplayıb
Türkiyədə keçirilən prezident seçkisinin ilkin nəticələri açıqlanıb
Türkiyədə keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
ANS PRESS-in məlumatına görə, qadağalaar baxmayaraq "Skaytürk" kanalı seçki qutularında olan büllitenlərin 10.4 faizinin hesablanmasından sonra ilkin nəticələri təqdim edib:
Türkiyənin baş naziri, AKP-dən olan prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan 56.1 faiz, CHP və MHP-nin - vahid namizədi Ekmeleddin İhsanoğlu 26.2 faiz , XDP partiyasından olan namizəd Səlahəttin Demirtaş 10.8 faiz səs toplayıb.