"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48
in MANŞET, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi:

Bunu da oxuyun

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

– Əli bəy, Əli Həsənovun intim video ilə təhdid olunması haqda paylaşımıyla bağlı sosial şəbəkədə status yazmısınız. Bildirmisiniz ki, bu, dövlətin sütununu laxlatmaq üçün bugünəcən maraqlı dairələr tərəfindən həyata keçirilən silsilə təxribat cəhdlərindən növbətisidir. Kimdir həmin maraqlı dairələr və təxribatlarının məqsədləri, məramları nədir?

– Mən hərəkat dövründən siyasətlə məşğulam. Tələbəlik dönəmindən, 1990-cı ildən bu günə qədər baş verən hadisələrin içərisindəyəm. Zaman-zaman insanlar bu hadisələrin içərisində bişir, kimin kim olduğunu bilir. Narazı qalsan belə, dövlətin maraqlarının nədən ibarət olduğunu dərk edirsən. Eyni zamanda, sosial sahəni öyrənirsən. Müqayisələr nəticəsində nəyin yanlış, nəyin doğru olduğunu müəyyənləşdirə bilirsən. Eləcə də biz jurnalistika fəaliyyəti ilə məşğul olduğumuza görə cəmiyyətin digər kəsimlərindən fərqli olaraq bir qədər ayığıq. Proseslərin hansı istiqamətə doğru getdiyini müəyyənləşdirə bilirik. Biz bilirik ki, Əli Həsənov uzun müddət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri olub. Mətbuat sektoru Əli Həsənova tabe idi.

Eyni zamanda, qeyri-hökumət təşkilatları Əli Həsənova tabeliyində idi. O, vəzifəsini pis-yaxşı icra edib getdi. Dövlət sistemində kadrlar daimi deyil. Kadrlar işə götürülür, işdən çıxarılır. Bu, normal şəkildə baş verməlidir. Normal cəmiyyətlərdə proseslər bu cür də davam edir. Bəzi hallarda korrupsiyaya bulaşmış məmurlar üzə çıxarılır, ifşa olunur. Əli Həsənovun işdən çıxarılması da onu göstərdi ki, burada da hansısa anlaşılmazlıqlar, konkret korrupsiya faktları var. Bununla qanun çərçivəsində məşğul olurlar, Vüqar Səfərli və digərlərinin məhkəməsi davam edir. Ancaq bu gün Əli Həsənovun gündəmə bu cür intim videolarla gətirilməsinin özü cəmiyyətin daxilindən verilən sosial sifariş deyil. Mən belə hesab edirəm. Əgər doğrudan da belə bir video varsa və cəmiyyətə təqdim olunmaq üçün işlənilib hazırlanılıbsa, deməli, hakimiyyət daxilində maraqlı qüvvələr var ki, bu, mənim düşüncəmə görə, onların maraqlarına cavab verir. Hüquq-mühafizə orqanlarının rəhbərləri bu məsələni ətraflı şəkildə araşdırmalıdırlar ki, nə baş verir. Əli Həsənov artıq işdən çıxarılıb və öz həyatını yaşayır. Onun haqqında məlum materialların hazırlanıb cəmiyyətə təqdim olunması dövlətin digər məmurlarının özlərinin qarşısında yeni şərtlər formalaşdırır. Mən dövlətin digər sahəsinə cavabdeh olan bir şəxs olaramsa, artıq sabah özlüyümdə fikirləşəcəm ki, məni də eyni aqibət gözləyə bilər. Ona görə də çalışacağam ki, reputasiyamı qoruyum. Əli Həsənovun cavabdeh olduğu sahələr, bir siyasi sferanı çıxmaq şərti ilə mətbuatda da, QHT sektoru da da çöküb. QHT sektorunda çalışanların əksəriyyəti buradan maliyyələşirdilər və fəaliyyət göstərirdilər. Əli Həsənovdan sonra yeni maliyyələşmə yoxdur. Mən təbii ki, Əli Həsənovu müdafiə etmək fikrindən uzağam. Sadəcə, fikirlərimi izah etmək üçün onun adını çəkirəm. Mən bütövlükdə dövlətçilik maraqlarından danışıram…

– Sizcə, bu prosesləri gerçəkləşdirənlərin məqsədi nədir?

– Kimlərsə Azərbaycan xalqının 44 günlük müharibədə qazandığı qələbəyə, cənab Prezidentin Ali Baş Komandan kimi həyata keçirdiyi bu qələbəni aşağılamaqdan ötrü süni maneələr yaradırlar. Hər dəfə cəmiyyətin və Prezidentin qələbəsini arxa plana atmaqdan ötrü lazımsız məsələləri gündəmə gətirirlər. Sosial müdafiə nazirinin gördüyü işlərə baxaq. Sizinlə müsahibəyə gəlməmişdən öncə əlimə bir statistika keçdi. Təxminən 150 min nəfərə yaxın insan bu və ya digər formada sosial müvavinətdən məhrum edilib. Bu da dövlətə, hakimiyyətə qarşı narazılıq yaradır. Nazir Sahil Babayevin özü isə çəkilib kənara durub. O, haqlı olaraq pensiyaları kəsir, ancaq həmin vətəndaşların narazılıqlarının əvəzini doldurmalı idi. Başqa sosial layihələr hesabına pensiyaları kəsilənlərin pulları onların ailələrinə ödənilməli idi. Bu altı ay, bir il davam edəndən sonra qeyri-qanuni alınan pensiyaların hamısı kəsilməli idi. İkincisi, jurnalistlər, onlara veriləcək üçüncü bina ilə bağlı ideya ortaya atdılar. Jurnalist təbəqəsini prezidentdən narazı salmağa çalışdılar. Halbuki dövlət başçısı özü jurnalistlərə görə bu binanın tikintisi üçün sərəncam verib. Sonra dini kəsimləri narazı salmaqdan ötrü şeyxülislama qarşı total hücum başladı. Təbii ki, sonradan Prezidentin özü bu məsələlərə qarışdı və hamısını yoluna qoydu. Hər dəfə maneələr yaradılır və hər dəfə də Prezident işə qarışır və onu yoluna qoyur.

– Rusiyalı siyasətçi Vladimir Jirnovskinin “cavabını” Azərbaycandan keçmiş səfir İsfəndiyar Vahabzadə verdi. Elə Jirnovski səviyyəsində… Hətta XİN də ehtiyac olmadığı halda bununla bağlı açıqlama yaymağa “məcbur qaldı”. Sonra sosial şəbəkələrdə, ictimai müzakirələrdə belə bir “mövzu” saqqız kimi uzadıldı. Ehtiyac var idimi buna?

– Bilirsiniz, bunların hamısı 5-ci kolonun Azərbaycanda yaratmaq istədiyi yeni şərtlər və qaydalardır. Bunlara yol vermək olmaz. Jirnovski Azərbaycan xalqını təhqir edəndə 1997-ci il idi. Sonradan Jirnovski öz tərbiyə və əxlaqına uyğun şəkildə Azərbaycan xalqını, onun prezidentini aşağılayanda Xarici İşlər Nazirliyimiz səviyyəsində, eləcə də millət vəkilləri və cəmiyyət tərəfindən onun cavabı verildi. Bir həftə sonra İsfəndiyar Vahabzadənin bu məsələyə qayıtması, rus xalqını təhqir etməsinin özü böyük bir yanlış idi. Bunun özü bir təxribat idi. Buna yol verilməməliydi. Biz xalqlar arasında ictimai etimadı qazanmaq istəyirik, məktəblər açaraq mesajlar göndəririk. Rusiyanı inandırmaq istəyirik ki, Azərbaycan ərazisindən heç vaxt Rusiyaya təhdid olmayacaq. Çünki biz bunun müqabilində Qarabağ problemini öz xeyrimizə həll etmək istəyirik. Rusiyanı neytrallaşdırmaq istədiyimiz bir zamanda İsfəndiyar Vahabzadənin bu çıxışları bizim çabalarımızın qarşısını alır. İsfəndiyar Vahabzadənin rus dilindəki təhqirini Rusiyadakı erməni mediası da geniş şəkildə tirajladı. Ona görə də Vahabzadənin bu addımı çox təhlükəli bir gediş idi. Çox sağ olsun ki, Azərbaycan dövləti bu cür təxribatların qarşısını ala bildi.

– Deputat Qüdrət Həsənquliyevin təbirincə desək, son dönəmlər hökumətə yaxın internet tv-lər və ora dəvət olunan, hökumətdə müəyyən dairələrlə əlaqəli üç-beş adam, xaricə sığınıb ermənipərəst dairələr tərəfindən yönəldilən şəxslərlə sanki yarışa giriblərmiş kimi, hər gün eyni şeyləri pafosla, qırıq patefon kimi təkrar-təkrar bağırırlar, region dövlətlərini asıb-kəsir, daxildə düşmən axtarışına çıxırlar. Sizcə, onları bu cür çıxışlar etməyə, “düşmən axtarışına çıxmağa” nə vadar edir?

– Uzun müddətdir ki, biz mediadayıq. Bu günə qədər medianın necə işlədiyini və bundan sonra da necə işləyəcəyini bilirik. Müəyyən boşluqlar var. İnsanlar kim kimi söyürsə, ona baxırlar. Doğrudan da Azərbaycanın daxilində çaxnaşmalar yaratmaq istəyən insanlar var. Azərbaycanada bu maraqlara xidmət edən mütəşəkkil dəstələr mövcuddur. Onların maraqları Azərbaycanda hakimiyyət problemi yaratmaqdır. Bu da yeni deyil. 90-cı illərdən bu günə kimi Azərbaycanda buna cəhdlər edilir.

– Əli bəy, sizing də qeyd etdiyiniz kimi, artıq insanlarımızın bir hissəsi öz fikirlərini etika çərçivəsində, başqalarını söyüb təhqir etmədən söyləyən insanlara qulaq asmaq istəmir. Yəni yavaş-yavaş siyasi leksikonumuz söyüş və jarqonlarla dolmaqdadır. Hər kəs söyülüb təhqir edilməklə adekvat cavab verməyə məcbur edilir. Beləliklə də cəmiyətin siyasi və mədəni səviyyəsi aşağı salınır. İnsanlar qisas hissi ilə alışıb-yanır. Yenə Qüdrət Həsənquliyevin təbirincə desək, cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır. Səbəbi nədir? Bunlar məqəsdli şəkildəmi edilir? Bu cür halları aradan qaldırmaq üçün kimlər ortaya düşməlidir?

– Bəzi İnternet kanallara ancaq söyüş söyən insanlar çıxarılır. Bunların bəziləri özləri formalaşıblar. Həmin insanlar yaxşı bilirlər ki, həmin şəxslər söyüş söyməsələr, ağır ritorikalardan istifadə etməsələr, daha onları bu kanallara çağırmayacaqlar. Söyüşlü ritorika mətbuat tərəfindən brendləşdirilir. Daha çox bunu İP ardınca qaçan mətbuat edir. Media sahəsində ciddi islahatlara ehtiyac var. Peşəkarları kənarlaşdırıb qeyri-peşəkarlara bu cür imkanlar yaradıldıqca bu proses davam edəcək. Əslində tənqid imkanları peşəkar media orqanlarına tanınsa, həmin İnternet TV-lər bu qədər populyarlaşa bilməzlər. Yaradılmış boşluq onlara bu imkanı verir.

– Azərbaycanın “Krım platformasına” qoşulmaması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Bəziləri hesab edir ki, Azərbaycan öz ərazi proplemini həll etdikdən sonra Ukraynaya arxa çevirdi. Sizin bu cür fikirlərə münasibətiniz necədir?

– Hesab edirəm ki, rəsmi Bakı “Krım platforması”na qatılmamaqla çox doğru addım atdı. Krım, Luqansk və Donetsk işğal olunanda Azərbaycan Ukraynanın yanında olub. Öz rəsmi mövqeyini bildirib. Bu gün də Azərbaycan bu işğalla barışmır. Biz öz pioritetimizə sadiq qalaraq hərbi-siyasi platformalara qoşulmuruq. Bu doğru qərardır. Bu gün Qarabağ kimi problemimiz var. Eyni zamanda, Ukrayna bizim qonşumuz deyil, amma ən təhlükəli qonşularımız Rusiya və İrandır. Biz öz siyasətimizi Qafqazda qurulan proseslər çərçivəsində qurmalıyıq. Biz bu gün Rusiyaya qarşı hansısa oyun qaydasını pozmamalıyıq.

Tural Turan

Foto: Pərviz Həşimi

Previous Post

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Next Post

Rusiya bunu desə, o zaman Azərbaycan nə edəcək? – Deputatdan SENSASİON MÜSAHİBƏ

Bənzər yazılar

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46

ABŞ yaxın vaxtlarda İranın nüvə sentrifuqalarının yerləşdiyi ehtimal edilən Natanz ərazisinə zərbə endirəcək. Elchi.az "Al Jazeera" telekanalına istinadən xəbər verir...

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 18:37

“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər...

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Next Post
Şeyx niyə Şuşada Ocaqnejatı qabağa verdi? – Millət vəkili

Rusiya bunu desə, o zaman Azərbaycan nə edəcək? - Deputatdan SENSASİON MÜSAHİBƏ

Şeyx niyə Şuşada Ocaqnejatı qabağa verdi? – Millət vəkili

Rusiya bunu desə, o zaman Azərbaycan nə edəcək? - Deputatdan SENSASİON MÜSAHİBƏ

Son xəbərlər

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

21 İyul 2026 - 20:59
Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

21 İyul 2026 - 20:57
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

21 İyul 2026 - 20:55
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 20:53
“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

21 İyul 2026 - 20:51
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

21 İyul 2026 - 20:49
Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46
Bakıda daha bir küçə təmirə bağlanır

Bakıda daha bir küçə təmirə bağlanır

21 İyul 2026 - 19:24
Ermənistan güləşçiləri Azərbaycana gəlir

Ermənistan güləşçiləri Azərbaycana gəlir

21 İyul 2026 - 19:17
Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib

Böyük Britaniya tamamilə rəqəmsal vizalara keçib

21 İyul 2026 - 19:02
“Sabah” – “Kups” matçının start heyətləri açıqlandı

“Sabah” – “Kups” matçının start heyətləri açıqlandı

21 İyul 2026 - 18:53
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb – VİDEO – YENİLƏNİB

Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb

21 İyul 2026 - 18:45
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

21 İyul 2026 - 18:37
Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu

Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu

21 İyul 2026 - 18:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.