Əli Abbasovun evinə oğrular girdi - 1 milyon oğurlandı

🗓 13.02.2016 10:59 ✍️ "Elçi" qəzeti
Əli Abbasovun evinə oğrular girdi - 1 milyon oğurlandı

Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Görədil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlanıb. Bu barədə haqqın.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, oğurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib. Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb. Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.

Bənzər yazılar