"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ətin qiyməti 15-20 manata qalxacaq!..

27 Sentyabr 2014 - 11:11
in CƏMİYYƏT, İQTİSADİYYAT
FacebookVatsap

Postsovet məkanında, konkret olaraq Rusiya ətrafında gedən son proseslər Azərbaycanda ərzaq məhsulları img1642830ilə bağlı ciddi problemlər yarada bilər. Çünki meyvə-tərəvəzin qiymətinin ardınca ət və ət məhsullarının da qiyməti sıçrayışlı şəkildə qalxmağa doğru gedir.

Bunu da oxuyun

30 mindən çox abituriyent imtahana gəlmədi

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

Ümumdünya Səhiyyə Təşkilatının normativlərinə görə, əhalinin həyat səviyyəsi onun zülalla zəngin qida məhsullarının istifadə səviyyəsi ilə ölçülür. Belə ki, bu normativlərə görə, hər bir insan ildə orta hesabla 73 kiloqram ət yeməlidir. Azərbaycanda bu sahədəki vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycan hökumətinin adambaşına müəyyən etdiyi illik ət norması 24,7 kiloqramdır.

Amma təəssüf ki, Azərbaycan vətəndaşlarının müəyyən təbəqələri bundan da məhrumdur. Ərzaq məhsullarının qiymətlərinin durmadan artımı fonunda bu kateqoriyaya daxil olan əhali qruplarının sıraları daha da genişlənə bilər.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi (KTN) ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir. KTN-in arqumentlərinə inansaq, ətin (diri çəkidə) maya dəyəri yerli təsərrüfatlarda 1 kq üçün 5 manat 20 qəpikdən o tərəfə keçmir, üstəlik mal-qaranın baş hesabı ilə sayı, deməli, həm də istehsalın həcmi artır, son iki ildə heyvandarlıq sahəsində ciddi irərliləyiş var, infrastruktur xeyli yaxşılaşıb və s.

Əgər bu deyilənlərə inansaq, Azərbaycanda ətin qiyməti uzağı 6-7 manat olmalı idi. Amma hələ avqust ayında Azərbaycan bazarlarında mal ətinin 1 kiloqramının qiyməti növündən və keyfiyyətindən asılı olaraq 8-10 manat arasında (bu isə o qədər də ucuz qiymət deyil) dəyişib. Bu gün isə mal ətinin qiyməti Bakıda normal halda 9-12 manat arasında dəyişir.

Ekspetlər hələ bunun da son hədd olmadığını deyirlər. Onların fikrincə, bu, hələ başlanğıcdır. Çünki Azərbaycan Qərbin sanksiyalarına cavab olaraq xaricdən ərzaq məhsulları almağı dayandırmış Rusiya ilə bu ölkəyə ət və quş əti məhsulları ixrac etmək barədə razılaşma əldə edib. Ona görə də Azərbaycanda meyvə-tərəvəzin dalınca ət və ət məhsullarının da qiymətinin sıçrayışlı şəkildə artacağı gözlənilir. Yada salaq ki, Azərbaycan fermerlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları Rusiya bazarlarına axmağa başlayan kimi pomidorun 1 kilosunun qiyməti yerli bazarda qəfildən 50-60 qəpikdən 1,7-2 manata qədər qalxdı.

İqtisadçı-ekspertlər ət bazarında da belə bir sıçrayışlı qiymət artımı proqnozlaşdırır. Onların dəyərləndirməsinə görə, Moskva şəhərinin meri Sergey Sobyaninin Bakıya bu günlərdə reallaşan səfəri Azərbaycanın ət məhsulları bazarını “silkələyəcək”. Çünki S.Sobyanin Bakıdan getməzdən əvvəl bəyan etdi ki, o, Azərbaycandan meyvə-tərəvəzlə yanaşı ət və ət məhsulları idxal etmək barədə də müsbət danışıqlar aparıb. Özü də Moskva meri təkcə mal əti haqda danışmırdı. Rusiya Azərbaycandan quş əti də almağa maraq göstərir…

İqtisadçı-ekspertlər bundan çıxış edərək Azərbaycanın yerli bazarında ət məhsullarının, o cümlədən quş ətinin qiymətinin ildırım sürəti ilə artacağı barədə proqnozlar verirlər.

Daxili bazardakı tələb-təklif nisbətini yaxşı bilən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov virtualaz.org saytına açıqlamasında sensasion sayılacaq bir məlumat verdi. Onun sözlərinə görə, ət ixracına hazırlaşan Azərbaycanın özündə əslində ət qıtlığı var: “Əgər Azərbaycandan başqa ölkələrə ət satmağa başlasalar, bu, onsuz da baha olan ətin qiymətini dəfələrlə qaldıracaq. İlkin proqnozlara görə, ətin qiyməti yaxın günlərdə 15-16, hətta 20 manata qalxa bilər. Çünki Azərbaycan hökumətinin istehlakçıların maraqlarını qorumaq üçün siyasi xətti yoxdur”.

AİB sədri deyir ki, bunun qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir: “İnhisarçılığa qarşı mübarizə aparılmalı, qiymətlərin tənzimlənməsinə nəzarət olunmalı, eləcə də bazar tənzimlənməlidir. Digər vacib məsələ odur ki, dövlət iri biznesin maraqlarını düşünərkən sıravi vətəndaşların, aztəminatlı təbəqənin ən ümdə problemlərini unutmamalıdır”.

E.Hüseynov xəbərdarlıq edib ki, hökumət zəruri tədbirlər görməsə, ilin sonunadək nəinki təkcə ət və ət məhsulları, ümumiyyətlə, bütün ərzaq məhsulları azı 50 faiz bahalaşacaq.

İqtisadiyyat nazirinin sabiq müavini, nüfuzlu iqtisadçı Oqtay Haqverdiyev də daxili bazarla bağlı bədbin düşünür. O da qiymət artımının qaçılmaz olduğunu deyir.

O.Haqverdiyev daxili ət bazarındakı vəziyyəti virtualaz.org saytına şərh edərkən burada vəziyyətin heç də pozitiv olmadığını bildirdi: “Əgər Azərbaycandan Rusiyaya ət və ət məhsulları ixrac etməyə başlasalar, vəziyyət pisləşəcək. Ətin qiyməti kəskin şəkildə qalxacaq. Üstəlik yerli ət bazarında məhsul qıtlığı yaranacaq. Bu isə qiymətlərin artım tempini sürətləndirəcək.

Bəli, Azərbaycan istənilən qədər meyvə-tərəvəz ixrac edə bilər. Buna potensialı çatır. Amma bizim ölkəmiz nə Argentina, nə də Ukrayna deyil ki, ət və ət məhsulları da ixrac edə bilsin. Biz ətə olan öz daxili tələbatımızı zorla ödəyirik. Ona görə də Rusiya ilə ət ixracı barədəki anlaşmada daxili bazar və qiymətlər baxımından yaxşı heç nə görmürəm. Üstəlik bizdə inhisarçılar var. Onlar Moskva meri Sobyaninin son açıqlamasından ikiəlli yapışıb qiymətləri süni şəkildə də qaldırmağa çalışacaqlar. Buna da belə izah verəcəklər ki, bəs, ət artıq Rusiyaya daşınır, ona görə də qiymətlər artır”.

Sonda onu da qeyd edək ki, Azərbaycanın daxili ət bazarında vəziyyətin yaxşı olmadığını rəsmi statistik rəqəmlər də təsdiqləyir. 2014-cü ilin I rübündə daxili bazara 75939 ton ət və ət məhsulu daxil olub. I rübdə yerli ət istehsalının həcmi 63638 ton, idxal isə 4625,7 ton olub. Bu dövrdə yerli ət məhsulları (kolbasa və s.) istehsalı 1536,3 ton təşkil edib. İdxal isə 1139,5 ton olub. Halbuki bəhs olunan dövrdə daxili bazara 220000 ton ət və ət məhsulları çıxarmaq planlaşdırılmışdı.

Göründüyü kimi, daxili bazardakı ət və ət məhsullarının həcmi heç hökumətin nəzərdə tutduğu səviyyəyə də çatmır (normaya görə, bizdə adambaşına təxminən 25 kq ət istehlak edilməsi planlaşdırılıb).

Nəhayət, daha bir statistik rəqəm: Azərbaycanda son 5 ildə ətin qiyməti 2 dəfədən çox artıb. Rusiyanın idxala başlamasından sonra bu rəqəmin xeyli artacağı şübhə doğurmur…

Previous Post

Ətin qiyməti 15-20 manata qalxacaq!..

Next Post

Azərbaycan Tərcümə Mərkəzi ölkəmizi İsveç beynəlxalq kitab sərgisində təmsil edib

Bənzər yazılar

Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. DİM-dən Elchi.az-a...

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər...

Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı

28 İyul 2026 - 16:35

Ənəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosesinin tam rəqəmsallaşdırılmasını nəzərdə tutan qanunvericlik aktları təsdiq edilib. Elchi.az xəbər...

Sertifikasiya imtahanında texniki səhv aşkarlandı, ballar dəyişdi

Sertifikasiya imtahanında texniki səhv aşkarlandı, ballar dəyişdi

28 İyul 2026 - 16:11

17-25 iyun tarixlərində keçirilən sertifikasiya imtahanında 2 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib. Bu barədə...

Next Post

Azərbaycan Tərcümə Mərkəzi ölkəmizi İsveç beynəlxalq kitab sərgisində təmsil edib

Azərbaycan Tərcümə Mərkəzi ölkəmizi İsveç beynəlxalq kitab sərgisində təmsil edib

Son xəbərlər

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

Səfir: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələri dərinləşdirməyə hazırdır

28 İyul 2026 - 19:29
Gürcüstanın mədəniyyət naziri istefa verib

Gürcüstanın mədəniyyət naziri istefa verib

28 İyul 2026 - 19:26
“Sabah” Finlandiya səfərində – Canlı

“Sabah” Finlandiya səfərində – Canlı

28 İyul 2026 - 19:08
“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

“Kups” – “Sabah” matçının start heyətləri açıqlandı

28 İyul 2026 - 18:57
Xaricdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə!

30 mindən çox abituriyent imtahana gəlmədi

28 İyul 2026 - 18:48
U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

U-17 dünya çempionatı: Ömər Salmanov bürünc medal qazandı

28 İyul 2026 - 18:36
Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

Dunayda suyun səviyyəsi düşdü: Göyərtəsində 200-dən çox insan olan gəmi qumdağa ilişdi

28 İyul 2026 - 18:26
Sahibə Qafarova Efiopiyaya səfərə gedib

Sahibə Qafarova Efiopiyaya səfərə gedib

28 İyul 2026 - 18:19
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

28 İyul 2026 - 18:11
İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

28 İyul 2026 - 17:59
İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

İtaliya 37 ildən sonra nüvə energetikasına qayıdır

28 İyul 2026 - 17:48
U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

U-17 dünya çempionatı: Əli Cavadlı finala vəsiqə qazandı

28 İyul 2026 - 17:36
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

28 İyul 2026 - 17:25
Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

Mançini yenidən İtaliya millisinin baş məşqçisi olacaq

28 İyul 2026 - 17:19
Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.