Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İsveçin
Höteborq şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edib.
Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn AzərTAc-a bildirib ki, sərgi çərçivəsində İsveç Akademiyasının, Stokholm Kultur Radet Mədəniyyət Şurasının, Bonnier Agency və Noisteads Nəşr evinin nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı təcrübə mübadiləsi, İsveç və Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin antologiyalarının tərtib və nəşr məsələləri müzakirə edilib. Həmçinin, 2015-ci ilin sentyabrında baş tutacaq növbəti İsveç beynəlxalq kitab sərgisində Azərbaycan kitablarının və təsviri sənətinin sərgilənməsi nəzərdə tutulan stendə də yer ayrılacağı bildirilib.
“Odissey”in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...


















Son şərhlər