"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Əliyev-Tokayev danışıqları: Qazaxıstan prezidentini “yoran” suallar, Bakının zəmanət reseptləri – TƏHLİL

25 Avqust 2022 - 13:18
in SİYASƏT
FacebookVatsap

“Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəldi. Dünya güclərinin regionlara hərisliklə baxdıqları və beynəlxalq nizamı alt-üst etmək şövqlərinin bir ucu da Qazaxıstana gedib çıxır”.

Bunu da oxuyun

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov Qazaxıstan prezidentinin ölkəmizə səfərini dəyərləndirərkən söyləyib.

O, qeyd edib ki, Qazaxıstan Mərkəzi Asiyanın qayəsidir və zəngin təbii sərvətləri baxımından fövqəladə əhəmiyyətə malikdir, buna görə də, istər Qərb, istər Rusiya, istər Çin, istər Türkiyə Qazaxıstanı özünün koordinatında saxlamaq niyyətindədirlər:

Tokayevin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü həmin genişlənmiş qlobal çərçivələrin qızışması fonunda nəzərləri cəlb edir. Qazaxıstanda Nursultan Nazarbayev epoxası bitsə də, bu dövlətin xarici siyasətinin istiqamətləri Qərb-Rusiya-Çin arasındakı balansda strateji təlimatlardan kənara çıxmamağa sadiqdir. Tokayev siyasi məharətini bu yöndə inkişaf etdirib Qazaxıstanı tarazlıqda saxlamaq istəyir, amma 2022-ci ilin yanvarında ölkədə baş verən iğtişaşlardan sonra Rusiyanın təsir dairəsi artdı və Tokayev hər nə qədər ara-sıra Moskvaya qarşı ritorikalara qoşulsa da, bu, yalnız görüntüdür. Qazaxıstan uğrunda gedən çəkişmə Tokayevi Kremlin orbitindən çıxarmağa hesablanıb və hər bir tərəf Tokayevi maksimum dərəcədə özünə doğru cəzb etmək üçün yarışır.

Tokayev indi mühüm çağırışlar qarşısındadır: necə etməlidir ki, həm öz ölkəsinin milli maraqları qorunsun, həm də böyük güclər arasında tarazlıq saxlanılsın? Bu suallar Tokayevin beynini məşğul edir, o, istədiyini təmin etmək yolunda çıxış yolu kimi ölkəsinin strateji əhəmiyyətinə və təbii sərvətlərinə güvənir. Qlobal təchizat zəncirlərində Rusiya həlqəsini qırmaq Qərbin prioritetləri siyahısındadır, bu mənada Qazaxıstanın da “enerjisinin” ötürülməsi prosesində alternativlər axtarılır. Populyarlaşan alternativ marşrutlardan biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda orta dəhlizdir. Bu orta dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədən ibarət birgə platformadır və Bakı ilə Nur-Sultan arasındakı əlaqələrin növbəti mərhələsi Transxəzər təşəbüsünün mərkəzində dayanır”.

A.Kərimov vurğulayıb ki, Əliyev də, Tokayev də orta dəhlizin unikal mövqeyini ikitərəfli əlaqələrin inkişafında aktual səbəb kimi saxlayırlar:

“Gələcəkdə Zəngəzur dəhlizi də həmin nəqliyyat marşrutunun tərkib hissəsinə çevriləcək – bunu İlham Əliyev qazaxıstanlı həmkarı ilə mətbuata birgə bəyanatda açıqlayıb. Transxəzər dəhlizi ən çox Qərbin maraqlarına cavab verir, bu Rusiya və Belarusdan keçən standart marşrutun əvəzedicisinə çevrilir. Qazaxıstan, neftinin ixracı üçün Azərbaycanın mərkəzində dayandığı enerji və nəqliyyat layihələrindən faydalanmağı hədəfləyir, Əliyevlə Tokayev görüşündə həmin məsələnin müzakirə edildiyini söyləyə bilərik.
Azərbaycanla Qazaxıstan yüklərin daşınma həcmini artırmaq üçün nəqliyyat infrastrukturlarını təkmilləşdirir, Bakı və Aktau limanları xeyli genişləndirilir. Qazaxıstan ixrac potensialını artırmaq üçün Xəzər dənizində yeni obyektlərin tikintisini planlaşdırır.
Qazaxıstan, resurslarının daşınmasında Rusiyanın ona yarada biləcəyi təzyiqlərdən sığortalanmaq üçün Azərbaycana üz tutur.
Tokayevin belə ehtiyatlı davranışı üçün əsası var. 20 ildir ki, Qazaxıstan nefti CPC boru kəməri ilə Rusiyanın Novorossiysk limanına çatdırılır və onun dünya bazarına çıxışı təmin edilir.
Ancaq Ukraynada başlatdığı müharibəyə görə təcrid edilən və təklənən Rusiya bu ilin iyulunda Qazaxıstanı öz tərəfinə çəkmək üçün təzyiqə əl atdı. Moskva CPC boru kəmərinin bağlamaqla hədə yağdırdı və bununla da Qazaxıstan üçün problemli presedent yarandı.
Problemli çağırışlar Qazaxıstan üçün Azərbaycanın əhəmiyyətini həlledici məzmunda artırır, çünki alternativ marşrutun ağrısız işləməsi həm də rəsmi Bakının verə biləcəyi qərarlardan asılıdır.
Azərbaycan isə Qazaxıstanın gələcəkdə hər hansı sapmaya getməməsi üçün ondan zəmanətlər tələb edir, Əliyev-Tokayev danışıqlarının mahiyyətinə nəzər salarkən bu amil mütləq diqqətdə saxlanılmalıdır.
Ona görə ki, Ukraynadakı müharibənin Rusiyanın xeyrinə yekunlaşması ehtimalı gözlənilməz ssenari meydana gətirər. Belə ki, Nur-Sultanla Moskva yeni sövdələşmə əldə etməklə orta dəhlizin üzvlərindən yan keçən təchizat zəncirləri hazırlaya bilər.
Azərbaycan dünyada münaqişə ocaqlarının üzərinə yanacaq tökülən vaxtlarda dövlətlərarası zəmanətlərin qarşılıqlı zərərlə nəticələnməməsi üçün qrantiyaları hüquqi çərçivəyə salır.
Hesab etmək olar ki, Kasım-Jomart Tokayevin Azərbaycana səfərində imzalanan “Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında” Bəyannamə interaktiv qarantiyaları möhkəmləndirəcək.
Üstəgəl Qazaxıstanın Türk Dövlətləri Təşkilatındakı iştirakını Azərbaycan-Türkiyə strateji müttəfiqliyi əsasından irəli gələn tələblər səviyyəsində gücləndirməsi vacibdir, yəqin ki, yaxın zamanlarda bununla bağlı yeni təşəbbüslərə şahidlik edəcəyik”.

Şayəstə

Previous Post

Əliyev-Tokayev danışıqları: Qazaxıstan prezidentini “yoran” suallar, Bakının zəmanət reseptləri – TƏHLİL

Next Post

Bakıda hərbi sursat aşkarlandı – Video

Bənzər yazılar

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09

Bakı–Tbilisi–Bakı qatarında qatarların sayı artmaqla yanaşı qiymətlər də aşağı düşdü. Bu yaxşı xəbərdir, amma Gürcüstana gedərkən səyahət sığortasını unutmayaq. Ölkəyə...

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41

Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları...

YAP-ın VIII Qurultayı başa çatıb

YAP-ın VIII Qurultayı başa çatıb

02 Oktyabr 2026 - 16:24

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı öz işini başa vurub. Elchi.az xəbər verir ki, Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib....

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Next Post
Bakıda hərbi sursat aşkarlandı – Video

Bakıda hərbi sursat aşkarlandı - Video

Bakıda hərbi sursat aşkarlandı – Video

Bakıda hərbi sursat aşkarlandı - Video

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.