"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Əli Kərimlinin yanında olanlar mənə qarşı namərdlik etdilər” – MÜSAHİBƏ

31 Oktyabr 2015 - 19:33
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Satirik şair, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Mirzə Sakit “Cümhuriyət” qəzetinin ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə bağlı suallarını cavablandırıb. Cebhe.info həmin müsahibəni təqdim edir. 

– Ölkədə hazırkı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

– Vətəndaşların sosial durumlarının çox acınacaqlı olmasından  ölkədəki siyasi vəziyyətin  ağır böhran içərisində olduğunu təyin etmək olar. Bu böhran son günlər daha da dərinləşməyə doğru istiqamətləndi, dövlətin şah damarı hesab olunan Milli Təhlükəsizlik Nazirliyində baş verən kritik və kriminaloji olaylar müharibə vəziyyətində olan Azərbaycanın qorxulu məmləkətlər sırasında olduğunu bir daha təsdiq etdi. Əhalinin təhlükəsizlik qarantının hədsiz kövrək olması ölkəmizin gələcəyinin təhlükə altında olmasına işarədir.

– Azərbaycanda olsaydınız, namizədliyinizi irəli sürərdiniz?

– 2010-ci ilin parlament seçkilərində namizədliyimi Şirvan seçki dairəsindən irəli sürmüşdüm. İlk günlərdəcə seçilməyimə hakimiyyət tərəfindən əngəl törədiləcəyini hiss etmişdim, amma buna baxmayaraq, həmin əngəli hakimiyyətin törətməsinə ehtiyac qalmadı, çünki AXCP-dən (Əli Kərimlinin rəhbərlik etdiyi qrupu nəzərdə tutur-müəll.) olan öz həmkarlarım mənə qarşı əməlli-başlı namərdlik etdilər. Belə ki, imza vərəqələrimi qəsdlə gecikdirməklə namizədliyimin qeydə alınmasına görə, DSK-ya bəhanə verdilər. Hazırkı seçkidə Azərbaycanda olsaydım da belə, yenə namizədliyimi irəli sürməzdim, seçki üçün normal mühiti və insanların seçkiyə inamı olmadığından seçkilərə qatılmaqdan imtina edərdim. Belə seçki olmur, bunun adı ayıb bir işdir, çox ayıb. İnsan öz dövlətinin Konstitusiyasına qarşı bu qədər düşmənçilik etməz.

– Azərbaycan hakimiyyəti demokratik olmaq istəmir, yoxsa rəqiblərinə qarşı dözümsüzdür?

– Təkcə hakimiyyətmi? Azərbaycandakı hakimiyyət o zaman demokratik olardı ki, ölkədəki muxalif partiyalarda demokratiya hökm sürərdi. Əgər bir ölkənin ki, müxalifətinin içində analoqsuz avtoritarizm kök salıbsa, hakimiyyət necə olmalıdı ki?! Müqayisə üçün deyim ki, hal-hazırda müxalifət daxilindəki avtoritarizm hakimiyyəti də vurub keçib. Belə müxalifət olmur. Ən acınacaqlısı odur ki, özlərini müstəqil qəzetçi hesab edən bəzi müxalifyönlü jurnalistlər hansısa oyunbaz bir partiya sədrinin əlində alətə çevriliblər. Bu çox biabırçı bir haldır, qəzetçi kiməsə rəğbət bəsləyə bilər, lakin kiminsə köləsinə çevrilməz..

– Müxalifət partiyalarının seçkilərdən çəkilmək, seçkidə iştirak etməmək qərarını doğru hesab edirsiniz?

– Bu haqda yuxarıda fikrimi dedim, əlbəttə, düzgün addımdı. İnsan öz-özünü necə aldada bilər axı? Bildiyin halda ki, seçicilərin sənə verdikləri səsləri batıracaqlar və sən də bu səslərin müdafiəsinə qalxa bilməyəcəksən, o zaman seçkidə iştirak etməyin mənası nədir. Çox təəssüflər olsun ki, son illərdə müxalifətə qarşı çıxanlar elə müxalifətin özü oldu və getdikcə də sıralarını seyrəltdilər. Bu seyrəltmənin də bir nömrəli günahkarları həmin müxalifət partiyalarının rəhbərləri oldular. O adamlar buna görə cavab verməlidirlər, son on beş ildə yüzlərlə insanlar həbsxana həyatı yaşadılar, adama deyərlər ki, bacarmırsansa da, bunu etiraf etmək mədəniyyətin olmalıdır.

– Hakimiyyətin xarici siyasətdə Rusiya təmayülündən imtina edə bilməməsinin səbəbi nədir?

– Bu mümkün deyil, nə qədər acı olsa da deməliyəm ki, Azərbaycan Respublikası  hazırda Rusiyadan asılı vəziyyətdədir. Nə qədər ki, ölkədə ancaq dövlətə bağlı olan milli hakimiyyət formalaşmayacaq, Azərbaycan heç vaxt Rusiyanın təsirindən çıxa bilməyəcək.

– Gəncləri müxtəlif dini cərəyanlara meylləndirən problem nədir? İran və Səudiyyə Ərəbistanı kimi dövlətlərin bu prosesdə rolu nədən ibarətdir?

– Xatırladım ki,  İranla Rusiya müttəfiq olduqlarından Azərbaycandakı bir sıra gənclərin dini-radikalizmə yuvarlanması həmin iki dövlətin qurduqları məkrli planlarından biridir. Həmin dini-fanatiklər dediyimiz müxalifətin də sıralarına siraqət edib. Gəncədəki din dəllallarının keçirmək istədikləri yürüşün qarşısının kəsilməsinə etiraz olaraq Milli Şuranın rəhbərliyinin bəyanatını buna misal gətirmək olar.  Şübhəsiz ki, o bəyanatı verənlərin özləri də gözəl bilirlər ki, vəba xəstəliyi kimi yayılan din buşmenlərin İranın Azərbaycana qarşı qurduğu zəhərli bir plandır. Buna baxmayaraq həmin bəyanat sahiblərinin özləri də həmin cəngəllik buşmenləri ilə  əlbirdilər. Belə çıxır ki, sabah İŞİD də gəlib Gəncədə yürüş keçirsə və şəhər rəhbərliyi o yürüşün qarşısını kəssə, buşmenlər yenə bəyanat verib deyəcəklər ki, niyə görə yürüşün qarşısını kəsirsiniz? Qeyd edim ki, İŞİD-in də tərkibində Azərbaycan vətəndaşları var.

– Cəmiyyət arasında milli və dünyəvi dəyərlərin getdikcə iflasa uğramasının səbəbi nədir?

– Maariflənmənin düzgün aparılmaması, mətbuatın siyasi alverçilərin əlində olması, telekanallarda vətənpərvərliyi tərənnüm edən verilişlərin olmaması, müəllimlərin kölələşdirilməsi, ziyalıların susdurulması, mollanın alimdən zəngin yaşaması, saxta dindarların göbələk kimi çoxalması, gənclərin bütpərəstə çevrilmələri və sairə və ilaxır.

– Azərbaycana qayıtmaq barədə düşünürsünüzmü?

– Belçika dövləti tərəfindən mənə siyasi status verilsə də, hələ bu ölkənin vətəndaşlığını almamışam, gələn il  bu hüququmdan istifadə etmək şansına yiyələnə bilərəm. Vətəndaşlıq alan kimi də Azərbaycana gələcəm.

– See more at: http://www.cebhe.info/oxu/4220/#sthash.KZQEJ1F8.dpuf

Previous Post

“Əli Kərimlinin yanında olanlar mənə qarşı namərdlik etdilər” – MÜSAHİBƏ

Next Post

İbrahim Məmmədov efirə qayıdır – VİDEO

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Next Post

İbrahim Məmmədov efirə qayıdır - VİDEO

İbrahim Məmmədov efirə qayıdır - VİDEO

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.